Şəhid General Hacı Qasim Süleymaninin ailəsi cənab Rəhbərlə görüşdü
إسلام تايمز , 2 Jan 2024 14:10
IslamTimes - Şəhid Qasim Süleymaninin ailəsi cinayətkar Amerika tərəfindən terror edilən Qasim Süleymaninin şəhadətinin dördüncü ildönümü münasibətilə 31.12.2023-cü il tarixdə günorta saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei şəhid Süleymaninin adının çox anılmasının onun ixlasına görə olduğunu qeyd etdi:
"Şəhid Süleymaninin adının, xatirəsinin və xüsusiyyətlərinin hər yerdə anılması onun ixlasından irəli gəlir".
Cənab Ayətullah Xamenei şəhid Süleymaninin Müqavimət cəbhəsini dirçəltdiyini bildirib, belə buyurdu:
"Şəhid Süleymaninin ən mühüm rolu və xidməti bölgədə müqavimət cəbhəsinin dirçəldilməsi idi".
İnqilab Rəhbəri Qəzza müqavimətinin müvəffəqiyyətinin müqavimət cəbhəsinə görə olduğunu bildirdi və buyurdu:
"Qəzzanın üç aya yaxın müqavimət göstərməsi müqavimət cəbhəsinin mövcudluğuna görədir. Şəhid Süleymani müqavimət cəbhəsini dirçəltmək üçün çox səy göstərdi və bu işi də o ixlas, tədbir, ağıl və əxlaqı ilə irəli apardı".
Cənab Rəhbər General Qaaninin səylərinin təqdirəlayiq olduğunu bildirdi və sözlərinə belə davam etdi:
"İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General Qaaninin səyləri təqdirəlayiqdir. Müqavimət cəbhəsinin gücləndirilməsi xətti davam etməlidir".
Qeyd edək ki, 3 yanvar əfsanəvi general Şəhid Hacı Qasim Süleymaninin şəhadət ildönümüdür.
Story Code: 1106448