Narkotik ittihamı Azərbaycan hakimiyyətinin işinə yarayır
Story Code : 1103653
Bakı Ağır Cinayətlər Məhkəməsində daha üç inanclıya hökm oxunub.
Məlumat İnformasiya Agentliyinin verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Bəxtiyar Novruzov 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Bəxtiyar Novruzov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılmışdı.
Məlumat İnformasiya Agentliyi xəbər verir ki, narkotik ittihamı ilə saxlanılan inanclı Niyaməddin Hüseynova da hökm oxunub. O, 3 il müddətinə azadlıqdan mərhum edilib.
Məlumata görə Niyaməddin Hüseynov 2023-cü ilin 9 aprel tarixində Bakı şəhərində Nizami rayon polisinin əməkdaşları tərəfindən saxlanılıb. Niyaməddin Hüseynovu ailəsi günlərlə onu axtarıb və bütün adiyyatı qurumlara müraciət edib. Bakıda kirayədə yaşayan və fəhlə işləyən Niyaməddini ailəsi aprelin sonlarında onu Şüvəlan təcridxanasından tapıb.
Həmçinin dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ilahiyatçı, Quran ustadı Hacı Siyasət Bağırov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Siyasət Bağırov martın 30-da saxlanılıb və barəsində Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə ittiham irəli sürülüb.
Siyasət Bağırov 2023-cü ilin gəlişi ilə ölkədə həbs olunan yüzlərlə inanclı içində yer alan 50-dən artıq ruhanidən biridir. Onlardan bəzilərinin hökmü oxunaraq saxta ittihamlarla həbsxanalara köçürülsələr də, bəziləri hələ də istintaq altındadırlar.