QR CodeQR Code

Müqavimət işğalçı rejimi küncə sıxışdırır

Hizbullah İsrailin 7 hərbi məntəqəsini vurub

SaharTV , 12 Dec 2023 13:53

İslamtimes - Hizbullah Livanın cənubundan İsraillə sərhəddəki hərbi məntəqələrə həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.


Hərəkat Livanın cənubunda İsrail rejimə aid 7 hərbi məntəqəyə hücum təşkil etdiyini açıqlayıb.
Açıqlamada hərbi məntəqələrə idarə olunan raketlər və müvafiq silahlarla hücum edildiyi bildirilib.
Açıqlamada bütün hədəflərin tam dəqiqliklə vurulduğu, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.
Bu arada Livan Hizbullahının İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Dəmuş Cənubi Livan və Qəzzə zolağında İsrailə qarşı müqavimətlə bağlı çıxışında belə bir açıqlama verib: “İsrail artıq güc tətbiq etmək iqtidarında deyil və Ddüşmən çox gözəl bilir ki, biz bu hədə-qorxu və təhdidlərə əhəmiyyət vermirik və hər hücuma məruz qaldığımız zaman millətimizə, xalqımıza qələbə qazandırmağı bacarırıq.
 


Story Code: 1102147

News Link :
https://www.islamtimes.com/az/news/1102147/hizbullah-israilin-7-hərbi-məntəqəsini-vurub

Islam Times
  https://www.islamtimes.com