0
Thursday 30 November 2023 - 11:32

Aliməqamlı Rəhbər: Sionist rejimin cinayətləri Qərb sivilizasiyası və mədəniyyətini biabır etdi

Story Code : 1099251
Aliməqamlı Rəhbər: Sionist rejimin cinayətləri Qərb sivilizasiyası və mədəniyyətini biabır etdi
Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü səhər saatlarında Bəsicilərlə görüşdə buyurub: "Bəsicinin məntiqi ölkəni təhdid və təhlükələrə qarşı maksimum dərəcədə gücləndirməkdir. Bəsic ölkənin istənilən təhlükə və təhdid qarşısında müqavimət imkanlarını maksimum dərəcədə artırmaqdır". 
Həzrət Ayətullahül-üzma Xamenei əlavə edib: "Əl-Əqsa tufanı əməliyyatı tarixi idi. Bu, təkcə sionist rejimə qarşı deyil, həm də Amerikasızlaşdırma idi. Əl-Əqsa tufanı Amerikanın bölgədəki planlarını poza bildi. İnşallah, bu tufan davam edərsə, ABŞ-ın bölgədəki siyasətini həyata keçirmək planlarını siləcək".
Aliməqamlı Rəhbər vurğulayıb ki, sionist rejimin Qəzzə xalqına qarşı cinayətdə törətdiyi qəddar və amansız hərəkət nəinki sionist rejimin reputasiyasına, həm də ABŞ-ın, Avropanın əsas dövlətlərinin və Qərbin sivilizasiya və mədəniyyətini ləkələdi.
O, Həzrət əlavə edib: "Qərbin mədəniyyəti və sivilizasiyası həmən sivilizasiyadır ki, beş min uşağı fosfor bombası ilə öldürəndə hansısa Qərb rejimi deyir ki, İsrail özünü müdafiə edir; bu özünümüdafiədir? Qərbin mədəniyyəti budur; bu müharibədə Qərb mədəniyyətini biabır etdi.
Aliməqamlı Rəhbər söhbətlərinin davamında buyurub: "İran İslam Respublikası Fələstində referendumun keçirilməsinə inanır. Biz sionistləri və yəhudiləri dənizə atmaq barədə düşünmürük. Bu doğru deyil, yalandır və bunu bir vaxtlar bəzi ərəblər demişdilər".
 
Source : SaharTV
Comment