QR CodeQR Code

Qaniçən İsrail rejimi BCM ilə əməkdaşlıqdan imtina etdi

21 Nov 2023 08:25

IslamTimes - Qaniçən İsrail rejimi Fələstindəki vəziyyətin araşdırılmasında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq etməyəcək.


"Unikal" xəbər verir ki, bu barədə işğalçı İsrail rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dor bildirib. Diplomatın sözlərinə görə, sionist rejim hakimiyyəti bu qərarı öz vətəndaşlarının hüquqlarını qoruduğu və “"terrorla" mübarizə apardığı” üçün verib.

Ben-Dor qeyd edib ki, sionist rejimdə onlar BCM-nin istintaq komissiyalarına etibar etmirlər, çünki onların gündəliyi “əvvəlcədən məlumdur”.

Noyabrın 16-da Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosa, Cənubi Afrikanın BCM-dən işğalçı İsrailin Qəzza zolağında törətdiyi hərbi cinayətləri ilə bağlı araşdırma təşkil etməsini xahiş etdiyini açıqlayıb. Bununla belə, o bildirib ki, Cənubi Afrika HƏMAS-ın "İsrailə" (əslində işğal olunmuş Fələstin torpaqlarına) hücumuna haqq qazandırmağa çalışmır. Ramafosa vurğulayıb ki, o, Fələstin qrupunun hərəkətlərini pisləyir və həmçinin BCM-dən bunları araşdırmağı xahiş edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da işğalçı İsrailin baş naziri körpə qatili Binyamin Netanyahunun Qəzzadakı vəziyyətlə bağlı  Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısında çıxış etməli olduğunu  bildirib.


Story Code: 1097136

News Link :
https://www.islamtimes.com/az/news/1097136/qaniçən-israil-rejimi-bcm-ilə-əməkdaşlıqdan-imtina-etdi

Islam Times
  https://www.islamtimes.com