Ankara: İsraillilərin qanundan danışmağa haqqı yoxdur
16 Nov 2023 12:09
IslamTimes - Qəzza zolağı və Fələstində insanlıq əleyhinə cinayət törədənlər gec-tez mühakimə olunacaqlar.
Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı səhər sionist rejimin ittihamlarına cavab olaraq bildirib ki, Qəzza zolağı və Fələstində insanlıq əleyhinə cinayət törədənlər gec-tez mühakimə olunacaqlar.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzzaya hücumları tənqid etməsindən sonra baş nazir Benyamin Netanyahu və İsrailin müvəqqəti xarici işlər naziri Eli Koenin Türkiyəyə qarşı ittihamları Ankaranın reaksiyası ilə müşayiət olunub.
Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı səhər tezdən bir bəyanat yayaraq, "Fələstin xalqına zülm və qətlə yetirməklə tarixin qaranlıq səhifələrinə daxil olan İsrail hakimiyyətinin qanundan danışmağa haqqı yoxdur" deyib.
Story Code: 1096072