İİR Quruluşunun məsul şəxsləri, islami ölkələrin səfirləri və Vəhdət Konfransının qonaqları İnqilab Rəhbərilə görüşüblər
Story Code : 1085913
Zorakı güclərin və Amerikanın müdaxilələri ilə mübarizə yolunu islami ölkələrin birliyi və siyasi məsələlərdə vahid kursun təyin edilməsində görən İnqilab Rəhbəri söyləyiblər: Sionist rejimlə münasibətlərin normallaşdırılması qumarı uduzan at üstündə mərc kimi uğursuzluğa məhkumdur, çünki Fələstin hərəkatı bu gün həmişəkindən daha hazırlıqlı və daha fəaldır, qəsbkar rejim isə aradan getməkdə və ölüm ayağındadır.
İslam İnqilabının Böyük Rəhbəri insan dərkini Həzrət Peyğəmbərin yüksək şəxsiyyətini dərk etmək və insan dilini o həzrətin fəzilətlərini dilə gətirməkdə aciz adlandırıb və belə deyiblər: Böyük Peyğəmbərin nur saçan günəşinin bəşəriyyətin bütün təbəqələrinin boynunda haqqı var və hamı borcludur, çünki peyğəmbər mahir və bacarıqlı bir təbib kimi bütün əsas dərdlərin əlacının real və mərifət reseptini təqdim edibdir.
Ən yüksək insani haqq kimi həyat haqqının dünyanın bütün mütəfəkkirlərinin yanındakı dəyərinə toxunan o həzrət əlavə ediblər: Allah-Taala Quranda buyurur: Peyğəmbər sizə/ sizin dünya və axirət səadətinizi təmin edəcək əbədi həyat bəxş edəcək və bu həyat bitəsi və zərərçəkəsi deyildir. Buna görə, hamımız peyğəmbərə borcluyuq və o həzrətin bəşəriyyətin boynunda həyat haqqı vardır.
İnqilab Rəhbəri Qurani-Kərimdən bir ayəyə istinadla peyğəmbərə borcun ödənilməsi yolunu “Allah yolunda tam cihad” adlandırıb və bildiriblər ki: Cihadın mənası, təkcə silahla cihadda deyil; cihad elm, siyasət, mərifət və əxlaq da daxil olmaqla bütün meydanlara şamil olur.
Bu gün İslam dini ilə düşmənçilik həmişəkindən daha aşkardır və bu düşmənçiliklərdən bir nümunəni Qurana qarşı cahilcəsinə hörmətsizlikdə görmək olar- deyən İnqilab Rəhbəri vurğulayıblar: Bir cahil əbləh hörmətsizlik edir və bir dövlət dəstək verir. Bu göstərir ki, məsələ, sırf olaraq, səhnədə hörmətsiz bir hərəkət deyildir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Pərdəarxası ünsürlərin məqsədlərini təmin etmək üçün özünü ən şiddətli cəzalara və edama məhkum edən o nadan və cahil insanla işimiz yoxdur. Söz, bu cinayətlər və mənfur işləri işləyib hazırlayanlardan gedir.
Bu hərəkətlərlə Quranı zəiflətmək xəyalını puç adlandıran Həzrət Ayətullahuluzma Xamenei bunların Quran düşmənlərinin daxilinin ifşasına səbəb olacağını bildirib və belə əlavə ediblər: Quran,/ hikmət, mərifət, insandüzəldən və oyanış kitabıdır. Quranla düşmənçilik, əslində bu yüksək anlamlarla düşmənçilikdir. Əlbəttə, Quran pozğun qüdrətlər üçün bir təhdiddir, çünki həm zülmü məhkum edir, həm də zülmü qəbul etməyə boyun əyən zülm altındakı insanı məzəmmət edir.
Söz azadlığı kimi yanlış, yalan və təkrar iddialarla Qurana hörmətsizliyi əsaslandırmağın iddiaçıların biabırçılıqlarına bais olduğunu bildirən İnqilab Rəhbəri vurğulayıblar: Görən, söz azadlığı bəhanəsilə Qurana hörmətsizliyə icazə verən ölkələrdə sionist simvollara təcavüzə də icazə verirlər? Bundan aydın hansı dillə isbat etmək olar ki, bunlar zalım, cinayətkar və qarətçi sionistlərin hökmranlığı altındadırlar?!
Çıxışlarının digər bir hissəsində vəhdət həftəsinə işarə edən İnqilab Rəhbəri İslam Dünyasının elitaları və mütəfəkkirlərini, həmçinin islami ölkələrin siyasətçiləri və dövlət başçılarını “İslami ölkələrin birliyinin düşməni kimdir,/ müsəlmanların birliyi kimlərə zərər vurur və onların müdaxilələri, talançılıqları və əliuzunluqlarına mane olur?” sualının üzərində təfəkkür etməyə çağırıblar.
Şimali Afrika və Qərbi Asiya bölgələrindəki islami ölkələrin ittifaqının Amerikanın müdaxilələri, zorakılıqları və -oğurluqlarına mane olacaq- deyən o həzrət söyləyiblər: Bu gün Amerika region ölkələrinə siyasi və iqtisadi zərbələr vurur, Suriyanın neftini oğurlayır, zalım, vəhşi və qaniçən İŞİD-i öz düşərgələrində qoruyub saxlayır ki, ehtiyac duyduğu gündə bir daha meydana gətirsin. Amerika ölkələrin işlərinə qarışır, amma əgər hamımız birləşəriksə və İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir, İordaniya və Fars Körfəzi ətrafındakı ölkələr külli və siyasi məsələlərdə vahid kurs təyin edərlərsə, zorakı güclər onların xarici siyasətləri və daxili məsələlərinə qarışmağa cürət etməz və bunu həyata keçirə bilməzlər.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Biz dəfələrlə dediyimiz kimi, heç bir kəsi müharibəyə və hərbi addıma təşviq etmirik və ondan çəkinirik də. Buna görə, Amerikanın militarizminin qarşısını almaq üçün birliyə çağırırıq. Çünki onlar müharibə törədirlər və regiondakı bütün müharibələrin xarici amili vardır.
O həzrət İslam Dünyasının bütün dövlət başçıları və şəxsiyyətlərinin həyati məsələ olan birlik məsələsi üzərində düşünmələrini zəruri adlandırıb və regionun digər məsələsi, yəni sionist rejimin ardıcıl cinayətləri barədə belə deyiblər: Bu gün bu rejim nəinki İran İslam Respublikasına, həm də Misir, Suriya və İraq kimi öz ətrafındakı ölkələrə də kin-küdurət bəsləyir.
İnqilab Rəhbəri bu kin-küdurət və əsəbiliyin səbəbini ölkələrin müxtəlif zamanlarda onarın hədəflərinin, yəni Nildən Fəratadək qəsb planlarının reallaşmasına mane olmaları adlandırıb və belə əlavə ediblər: Onlar kin-küdurətlə aşıb-daşırlar. Əlbəttə, Quranın təbirincə desək: Hiddətlənin və bu hiddətdən ölün!. Onlar ölüm ayağındadırlar və pərvərdigarın köməkliyi ilə bu ayə qəsbkar sionist rejim barədə həyata keçməkdədir.
Həzrət Ayətullahuluzma Xamenei fələstinli gəncləri, həmçinin qəsbkarlığa və “Fələstinə zülm”ə qarşı hərəkatı bu gün həmişəkindən daha fəal, daha şövqlü və daha hazırlıqlı adlandırıb və söyləyiblər: İnşaallah, bu hərəkat nəticə verəcək və Böyük İmam(r.ə.) bu qəsbkar rejimi xərçəngü şişi təbir etmişdi. Bu rejimin kökü Fələstin xalqının və müqavimət qüvvələrinin əlləri ilə bütün regiondan kəsiləcək .
O həzrət sonda ümidvarlıq ediblər ki, İslam Ümməti pərvərdigarın lütfkarlığı ilə başıucalıq və şərəflə özünün misisliz təbii və insani istedadlarından maksimum istifadə edə biləcək