Ağ Ev rəsmisi: Bayden İranla bağlı çətin qərar verdi
إسلام تايمز , 19 Sep 2023 22:46
IslamTimes - Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ prezidenti administrasiyası işə başladığı ilk günlərdən İranda həbsdə olan amerikalı məhbusların azad edilməsi ilə bağlı danışıqlar aparırdı...
“ISNA” informasiya agentliyinin məlumatına görə, Ağ Evin Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə koordinatoru Brett Mcgurk CNN telekanalına müsahibəsində deyib: “Bayden administrasiyası səlahiyyət müddətinin ilk günlərindən etibarən, İranda həbsdə olan amerikalıların evlərinə qaytarılması üçün danışıqlar aparırdı..."
Ağ Ev rəsmisi əlavə edib: "Nəyi qəbul edib, nəyi qəbul etmədiyimizə dair standartlarımız var idi və həqiqətən də son 6 ayda bu proses intensivləşdi. Bu proses bizim qəbul edə biləcəyimiz və həmişə söylədiyimiz standartlara uyğun nizamlanandan sonra prezident çətin, lakin düzgün qərar verdi və bu yolla irəlilədik."
Qeyd edək ki, İranın Cənubi Koreyadakı 6 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması və ABŞ-da həbsdə olan 5 iranlının azad edilməsi müqabilində İran da bir müddət öncə ev dustaqlığına köçürdüyü 5 amerikalını bu ölkəyə təhvil verib.
Bir çoxları ABŞ-ın İranla bu sazişini Vaşinqton üçün biabırçı məğlubiyyət adlandırır. İrad isə bundan ibarətdir ki, ABŞ sadəcə 5 amerikalı məhbusun 5 iranlı məhbusla dəyişilməsindən ibarət bir sazişə imza ata bilərdi və İranın 6 milyardlıq aktivlərinin də rəsmi Tehrana qaytarılması əslində İranın böyük uğurudur.
Story Code: 1082702