Umerovun bütün müavinləri işdən azad edildi
18 Sep 2023 15:39
IslamTimes - Ukraynada sabiq müdafiə naziri korrupsiya ittihamı ilə işdən uzaqlaşdırıldıqdan sonra Nazirlər Kabineti sələfi kimi adı korrupsiyada hallanan yeni müdafiə nazirinin bütün müavinlərini işdən azad edib.
Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Onun sözlərinə görə, Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar, Denis Şarapov, Andrey Şevçenko və Vitali Deyneqa müdafiə nazirinin müavini vəzifəsindən azad olunublar.
Bundan başqa, müdafiə nazirinin katibi Konstantin Vaşenko da işdən çıxarılıb.
Qeyd edək ki, Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.
Story Code: 1082381