Fransa hərbi attaşesi Burkina-Fasodan qovulur
16 Sep 2023 00:46
IslamTimes - Burkina-Faso hakimiyyəti Fransanın hərbi attaşesi Emmanuel Paskyenin yaxın 14 gün ərzində ölkəni tərk etməsini tələb edib.
Məlumata görə, sərəncam attaşenin təxribatçı fəaliyyəti ilə bağlıdır.
Attaşenin özü ilə bərabər, köməkçi personalı da Burkina-Fasonu tərk etməlidir.
Artıq ölkə hökuməti Parisdəki hərbi missiyasının da bağlanması barədə göstəriş verib.
Story Code: 1081843