Sarkozi: Ukraynanın NATO-ya üzvlüyü dünya müharibəsinə səbəb ola bilər
إسلام تايمز , 13 Sep 2023 16:31
IslamTimes - Fransanın keçmiş prezidenti bəyan edib ki, Ukraynanın NATO-ya qoşulması dünya müharibəsinə gətirib çıxaracaq.
“Reuters”in məlumatına görə, Fransanın keçmiş prezidenti Ukraynadakı müharibənin miqyasının genişlənməsi və dünya müharibəsi ehtimalı barədə xəbərdarlıq edib.
Fransanın keçmiş prezidenti xəbərdarlıq edib ki, dünya ölkələri dünya müharibəsinə girərsə, Qərb dünyanın ikinci nüvə dövləti kimi Rusiyanı məhv edə bilməz.
Sarkozi Qərb siyasətçilərinə də xatırladıb ki, Putinlə heç vaxt görüşməyənlər onunla danışıqlar aparmağın mümkün olmadığını iddia edirlər.
Story Code: 1081515