İranın Azərbaycandakı səfiri İngiltərənin Tehrandakı səfirinə sərt cavab verib
Musəvi: Terroru zorakılıq və ya hadisə səviyyəsinə endirmək düzgün yanaşma deyil
Sahartv , 20 Aug 2023 15:24
İslamtimes - İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Şahçıraqda baş vermiş terror aktını “xalqa qarşı zorakılıq” səviyyəsinə endirən İngiltərə səfirinə cavab verib.
Seyid Abbas Musəvi öz Tvitter hesabında yazıb:
“Cənab səfir! Terrorun zorakılığa və ya hadisə səviyyəsinə endirilməsi siz qərblilərin onu yaxşı və pisə ayırmaq yanaşması ilə uyğundur. Londonda bıçaqlanmanı terror aktı adlandırarkən, aşkar terrora göz yumursunuz. Üstəlik, unutmayın ki, bizim sərdar Süleymanimizin rəşadətlikləri olmasaydı, hər gün London küçələrində meyit toplamalı olacaqdınız.”
Story Code: 1076928