Çaldran əsgəri İran əleyhdarları tərəfindən şəhid edilib
Çaldıran terrorunda Azərbaycanın izi var?
Story Code : 1074774
SəhərAzəri-nin məlumatına əsasən, Qeyd edək ki, İranın şimal-qərbində Qərbi Azərbaycanın şəhərlərindən biri olan Çaldaranda bu hadisənin baş verməsi haqda xəbəri haqda Urmiyadan olan müxbirimizin verdiyi məlumata əsasən, “Seyidüş-Şühəda Həmzə” hərbi düşərgə komandanlığı bu terror aktını pisləmiş, şəhid edilmiş şərəfli əsgərin ailəsinə və bütün İran xalqına öz dərin kədər hissini bildirmişdir. Hərbi düşərgə komandanlığı hadisənin səbəbkarlarına qarşı sərt cavab veriləcəyini və belə bir mənfur addımın İslam İnqilabının mütərəqqi və dönməz hərəkatına heç bir təsir göstərməyəcəyini, əksinə İran xalqının daha böyük bir vəhdət və birliyinə, həmçinin milli iradəsinin daha da möhkəmləyəcəyinə səbəb olacağını vurğulayb.
Xatırladaq ki, PKK terror qruplaşması keçmiş SSRİ dövründən fəaliyyət göstərir və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin PKK terror qruplaşmasına və onun digər qollarına dəstək verməsi barədə sənədlər öz sübut şəklində dərc etdirilmişdir.
Qeyd edək ki, tarix boyunca İran azərbaycanlıları isə, hər zaman imperialist ünsürlərin və onların çirkin hiylələrinin hücumuna məruz qalmışdır. Heç də unudulası deyil ki, bu xalq 8 illik müharibə zamanı İranın düşmənləri, o cümlədən Səddamın “Bəəs” terrorçu rejimi ilə mübarizədə, mücahidlərə və ya münafiqlərə qarşı mübarizədə minlərlə şəhid vermişlər.
Vaxtı ilə, Heydər Əliyevin himayə etdiyi Səddamın “Bəəs” terrorçu rejimi və hazırkı prezident İlham Əliyev hökumətinin himayəsində durduğu “Rəcəvi” muzdurunun başçılıq etdiyi münafiqlər terror qruplaşması İran əleyhinə olmazın təxribatları törətməkdə davam edirlər. Hazırda mənfur “Rəcəvi” təşkilatını dəstəkləyən onlarla terrorçunun Bakıda mövcudluğu və Azərbaycan Respublikasının digər bölgələrində də Əliyevin onların fəaliyyətlərinə himayədarlığı heç də gizli deyil. Son iki ildə isə, Azərbaycan Respublikasının millət vəkilləri Sabir Rüstəmxanəli, Razi Nurullahyev kimi Əliyev hakimiyyətinin təmsilçiləri dəfələrlə münafiqlər qrupunun terrorçularının toplantısında iştirak ediblər. Heç də gizlədiləsi deyil ki, Təbriz, Urmiya, Zəncan və Ərdəbildə minlərlə azərbaycanlı bu pis xislətli terrorçuların riyakarlığının qurbanı olmuşlar.
Bunu da xatırlatmaq yerinə düşər ki, İranın qeyrətli azəriləri tezliklə öz şəhid gənclərinin qətlinin intiqamını vətən xainlərindən və onların məkrli tərəfdarlarından alacaqlar.