QR CodeQR Code

Aliməqamlı Rəhbər:

"Vəhdət" və "Mənəviyyat" təkəbbürün düşmənçiliyinə və təxribatına məruz qalır

Sahartv , 28 Jun 2023 09:15

İslamtimes -İslam İnqilabının Aliməqamlı Rəhbəri Böyük Həcc Konqresinə müraciətində vurğulayıblar: "Zamanın bu dönəmində "vəhdət" və "mənəviyyat" keçmişdən daha çox təkəbbürlü qüvvələrin və sionizmin düşmənçiliyinə və təxribatına məruz qalır".


Həzrət Ayətullaül-üzma Xamenei bu müraciətdə Həccin qlobal müstəvidə təsirinin zəruri şərtinin İslam ümmətinin "vəhdət" və "mənəviyyat" kimi iki sütuna əsaslanan bu sirli fərizənin həyatverici mesajını dərk etməsi və düzgün tanıması olduğunu bildirərək, buyurublar: "ABŞ və təkəbbürlü hökmranlığın qalan qütbləri müsəlmanların birliyinə, müsəlman xalqların, dövlətlərin və hökumətlərin anlayışına, bu xalqların gənc nəslinin dindarlığına və şəriət qanunlarına sadiqliyinə şiddətlə qarşı çıxır və bacardıqları hər vasitə ilə bunlara qarşı mübarizə aparırlar". 
İslam üməttinin vəhdətini dialoq, əqli və ənəli bağlılıq, sinerji və mövqelərin yaxınlaşması və İslam ölkələri arasında əməkdaşlıq və İqtisadi əlaqələrin olması adlandıran İslam İnqilabının Aliməqamlı Rəhbəri qeyd ediblər ki, bu vəhdətin digər bir cəhəti İslam məzhəbinin alimləri arasında xoş niyyət, tolerantlıq, ədalət və müsəlman ölkələrinin elitaları arasında sıx ünsiyyətə əsaslanan dialoqdur".
Həzrət Ayətulahül-üzma Xamenei vəhdətlə bağlı bu məsələni də buyurublar: " Vəhdət həm də o deməkdir ki, İslam ölkələrində siyasət və mədəniyyətin qabaqcılları gələcək dünya nizamının şərtləri ilə tam koordinasiyalı şəkildə qarşılaşmağa hazırlaşmalıdırlar ki, İslam ümməti yeni qlobal təcrübədə layiqli yerini əldə etsin və Birinci Dünya Müharibəsindən sonrakı siyasi və ərazi mühəndisliyinin acı təcrübəsi təkrarlanmasın". 
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həcc-in qlobal nidasının təsirinin digər bir sütunu olan "mənəviyyat"ı dini əxlaqın yüksəldilməsi, Qərbin dinsiz əxlaq mifi ilə qarşılaşmaq adlandırıblar və əlavə ediblər: "Qərbin intellektual mənbələrinin uzun müddətdir təbliğ etdiyi dinsiz əxlaq mifi Qərbdə bütün dünyanın şahidi olduğu bu cilovsuz mənəvi çöküşə məhkumdur".
Həzrət Ayətullahül-üzma Xamenei sonda vurğulayıblar: "ABŞ və sionist rejimin pis niyyətli planlarına qarşı durmaq bizim hamımızın, bütün xalqlarımızın və hökumətlərimizin borcudur".
 


Story Code: 1066505

News Link :
https://www.islamtimes.com/az/news/1066505/vəhdət-və-mənəviyyat-təkəbbürün-düşmənçiliyinə-təxribatına-məruz-qalır

Islam Times
  https://www.islamtimes.com