QR Code
🇺🇸 ABŞ İraq müqavimət hərəkatının baş katibini öldürməklə hədələyib
10 Jun 2023 12:14
İslamtimes - "Tasnim" agentliyi yazır ki, informasiya mənbələri ABŞ-ın Bağdaddakı səfirinin bəzi İraq müqavimət qruplarının liderlərini, o cümlədən əl-Nucaba hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəbini öldürməklə bağlı açıq təhdidini bildirib.
Bu təhlükəyə cavab olaraq İraqın Əshab əl-Kəhf qrupu müqavimət komandirlərinə hücumun saysız-hesabsız amerikalıların ölümü ilə nəticələnəcəyini vurğulayıb.
Bu qrup, ABŞ-a dəstək olmaq istəyən hər kəsin uğursuzluğa düçar olacağını deyərkən, Amerikanın təlaş içində olduğunu, İraqdan Suriyaya qədər olan bazalarının artıq təhlükəsiz olmadığını vurğuladı.
Qrupun bəyanatında vurğulanır ki, hər hansı bir müqavimət komandirinə diş vurmaq amerikalıların bölgədən qovulmasını sürətləndirəcək və qovulma əməliyyatı zamanı amerikalıların itkilərinin sayı çox yüksək olacaq.
Açıqlamada İraqdakı şiə İslam müqavimətinin bu dəfə tamamilə fərqli tədbirlərə hazır olduğu bildirilib.
Story Code: 1063026
Islam Times
https://www.islamtimes.com