Azərbaycanda şiələrə qarşı repressiya davam edir
Daha bir MBH üzvü şərlənərək həbs edilib
Sahartv , 17 Apr 2023 09:20
İslamtimes - Azərbaycanda şiələrə qarşı repressiyanın davamında Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxta ittihamlarla həbs edilib.
SəhərAzəri-nin məlumatına görə, Hərəkatın mətbuat katibliyindən verilən məlumata görə “MBH üzvü Möhübbət Aslanov Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Bildirilir ki, aprelin 12-də saxlanılan inanclı hal-hazırda Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasındadır.
Xatırladaq ki, Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdır.
Həbslərin ikinci dalğası mart ayının birinci yarısında müşahidə olundu. O zaman üç gün ərzində ölkədə 30-dan artıq inanclı narkotik ittihamıyla həbs edildi.
İnanclılara qarşı kütləvi həbslərin sonuncu dalğası isə deputat Fazil Mustafaya qarşı martın 28-də baş vermiş silahlı hücumdan sonra başlayıb.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, Azərbaycanda inanclıların kütləvi həbsinin İranla münasibətlərin kəskinləşməsi fonunda həyata keçirilməsi açıq-aşkar görünür. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki bir dövlət başqa bir dövlətlə pis münasibətlərinə görə öz vətəndaşına zülm eləyir ki, bu da yolverilməzdir.
Story Code: 1052869