QR CodeQR Code

Ərdoğanın fəaliyyətinin nəticəsi; Kasıb Türkiyə

Sahartv , 15 Mar 2023 15:27

İslamtimes - Türkiyənin Hatay vilayətini viran qoyan və onun tələfatlarının 50 mini keçdiyi təxmin edilən zəlzələ ötən əsrin ən ölümcül zəlzələlərindən biri idi ki, Ədalət və İnkişaf Partiyasının reytinqini kəskin şəkildə aşağı saldı.



SəhərAzəri-nin məlumatına əsasən, Əslində Ərdoğan 1999-cu ildə Bülənt Ecevit hökumətinin növbəti parlament seçkilərində məğlubiyyətinə səbəb olan İzmit zəlzələsindən sonra hakimiyyətə gəldi.
O, türk xalqına güclü bir Türkiyəni yenidən quracağına söz verdi və binaların zəlzələyə qarşı davamlılığını təmin etmək üçün yeni standartların tətbiq edilməsini tələb etdi.
Bu istiqamətdə "zəlzələ vergisi"nin yığılması gündəmə gətirildi ki, ondan əldə olunan gəlir yüksək riskli ərazilərdə dayanıqlı binaların tikintisinə sərf olunsun.
Amma bu qaydalar, Ərdoğanın tikinti sektorundakı müştərilərinin nüfuzu qarşısında çox uzun sürmədi. Hansı ki, dövlət əmlakını mənimsəməklə yanaşı, mənfəət əldə etmək üçün  şəhərsalma qanunlarından yan keçirdilər.
Türkiyə prezidentinin bu sektora dəstək verməsi onun bəzən "axmaqlıq" kimi vəsf etdiyi "böyük infrastruktur layihələri" siyasətinə uyğun idi.
 


Story Code: 1046878

News Link :
https://www.islamtimes.com/az/news/1046878/ərdoğanın-fəaliyyətinin-nəticəsi-kasıb-türkiyə

Islam Times
  https://www.islamtimes.com