0
Sunday 12 March 2023 - 14:24

İranın Xarici İşlər Nazirliyi bəyanat yaydı

Story Code : 1046300
İranın Xarici İşlər Nazirliyi bəyanat yaydı

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu dövlətlə Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair razılaşma barədə bəyanat yayıb.
Bəyanatda deyilir: “İran İslam Respublikasının xarici siyasəti prezident Seyid İbrahim Rəisi hökumətində balanslaşdırılmış xarici siyasət, dinamik diplomatiya və qarşılıqlı fəaliyyət doktrinasının praktiki həyata keçirilməsinə və qonşuluq siyasətinin tətbiq edilməsinə uyğun olalaraq əvvəlki təsirli addımların davamında daha bir mühüm addım atıldı, intensiv və praqmatik danışıqlar nəticəsində İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normal məcraya salınması üçün Pekin razılaşmasına nail olundu.
İran İslam Respublikası hökuməti bu təşəbbüslə İran xalqının, eləcə də müsəlman xalqların, onun regiondakı dost və qonşularının mənafeyinin təmin edilməsi, həmçinin regional imkanlardan istifadə edilməsi istiqamətində öz qətiyyətini nümayiş etdirdi. Bu xüsusda hərtərəfli sülh və sabitliyin bərqərarı, region dövlətləri və xalqlarının ümumi və kollektiv maraqlarını təmin etmək üçün səmərəli və irəliyə doğru addımlar atmışdır.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu sazişin İran və Səudiyyə Ərəbistanı xalqlarının və regiondakı digər xalqların ümumi mənafelərinin təmin edilməsində müsbət təsirlərə malik olacağına əminliyini ifadə edərək, Pekin razılaşmasını vacib qərar hesab edir. Bu sazişin həyata keçirilməsində Çin Xalq Respublikasının təşəbbüsünü, danışıqlara ev sahibliyi etməsini və həmçinin dost və qonşu dövlətlər olan İraq və Omanın bu sahədəki effektiv rolunu yüksək qiymətləndirir”, - deyə bəyanatda vurğulanır.
 
Source : Sahartv
Comment