0
Tuesday 7 March 2023 - 11:33
İqtidar-pərəst jurnalist xalqı aşağıladı

E.Fətullayev Azərbaycan möminlərini satanistlərə bənzətdi

Story Code : 1045319
E.Fətullayev Azərbaycan möminlərini satanistlərə bənzətdi

Eynulla Fətullayev yazıb: “Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir? Bunu təşkil edən kimdir? İlk dəfədir ki, bir mollanın ölümünü siyasiləşdirirlər və yeni şiəçilik hərəkatına təkan veirirlər. Bu prosesin arxasında daxili qüvvə dayanır və ya xarici? Və məqsəd nədir? Sekulyar dövlətin nümayəndələri bu prosesi niyə susqunluqla qarşılayır?"
DTX jurnalisti həmçinin sərsəm fikirlərinin davamında möminləri satanistlərə bənzədib.
“Orta əsrlərdə gecələr qəbirstanlıqda satanistlər toplaşardı… XXI əsrdə Bakının mərkəzində gecənin bu vaxtı insanlar qəbirstanlığa toplaşır. Cəmiyyətimiz xəstələnibmi? Nə baş verir?”, - deyə Eynulla Fətullayev öz fikirlərini yekunlaşdırıb.
İqtidarın adamı sayılan sözü gedən jurnalist bu yazılara görə sosial media istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib. 
 
Source : Sahartv
Comment