Azərbaycan Müsəlman Birliyi Hərəkatının 15 üzvü polis idarəsinə çağırılıb.
SaharTV , 18 Jan 2023 15:51
İslamtimes - Məlumata əsasən, hərəkatın 15 üzvü Xəzər şəhər polis idarəsinə çağırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, hərəkatın 15 üzvü Xəzər şəhər polis idarəsinə çağırılıb.
Həmin şəxslərə bu çağırışların səbəbi açıqlanmasa da, onlar iki saat dindiriliblər. Görünən o dur ki, bu çağırışlar Xəzər şəhər restoranlarından birində bu hərəkatın yaranmasının 8-ci ildönümünün qeyd olunması və onun sosial şəbəkələrdə yayılması ilə əlaqədar olub. Mərasim Həzrət Fatimeyi-Zəhranın (s) viladətinin ildönümü ilə eyni zamanda və ailələrin iştirakı və bu şəhərin mömin övladlarının mahnıları ilə müşayiət olunub.
Şəhər polis idarəsi hərəkat tərəfindən uşaqların bu dini mərasimə cəlb olunmasını əvəllər elan olunmuş 515.3-cü maddə ilə cinayət hesab edib və cərimə tətbiq edib. Azərbaycan Müsəlman Birliyi Hərəkatının rəsmiləri bu cür sərtliyi və təzyiqləri insan hüquqlarına və vətəndaş azadlıqlarına zidd qiymətləndirib və məhkəməyə şikayət yolu ilə bu məsələni izləyəcəklərini bildiriblər.
Story Code: 1036230