QR CodeQR Code

Zülfüqar təlimlərində yerli hava hücumundan müdafiə sistemləri test edildi

SaharTV , 1 Jan 2023 10:32

İslamtimes - İran ordusunun Zülfüqar təlimində aşağı hündürlükdə yerləşən "Məcid" raket kompleksləri və yerli “Xatəm” artilleriya atəşinə nəzarət sistemləri təlim zonasında aşağı hündürlükdə hücum dronlarını məhv etməyə nail olub.



SəhərAzəri-nin məlumatına əsasən, İran ordusunun "Zülfiqar 1401" təlimlərinin ilkin mərhələsinin davamı zamanı bütün təlim bölgəsində yerləşdirilən yerli radar sistemləri ölkənin hava hücumundan müdafiə şəbəkəsi ilə koordinasiyalı şəkildə bölgəyə daxil olmağı planlaşdıran mütəşəkkil hücum qüvvələrinin pilotsuz təyyarələrini aşkarlaya  bilib. Daha sonra onlar aşağı hündürlükdə yerləşən "Məcid" raket kompleksləri və "Xatəm" artilleriya atəşinə nəzarət sistemi tərəfindən müəyyən edilib, ələ keçirilib və məhv edilib.
"Məcid" hava hücumundan müdafiə raket sistemi 8 kilometr mənzilli ilk elektro-optik raket sistemidir və performans növünə, çevikliyinə və əməliyyatdan sonra taktiki cəhətdən sürətli hərəkət etmə qabiliyyətinə görə onun radar tərəfindən tutulmasının qarşısı alınır və düşmən tərəfindən hər hansı əks tədbirləri nakam qalır.
Bu sistem həm də uzaq mənzilli termal kamera ilə təchiz olunub və bu təlimlərdə "Xatəm" artilleriya atəşinə nəzarət sistemi ilə inteqrasiya olunmaqla yanaşı, onun şəbəkələşmə qabiliyyəti də qiymətləndirib. Həm də dəqiq performansı ilə aşağı hündürlükdə və məsafədə hava hədəfləri ilə qarşıdurmada, İran Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş gücünü əhəmiyyətli dərəcədə artırıb.
İran İslam Respublikası Ordusunun ənənəsinə əsasən, cümə günü səhər saatlarında cənub-şərq və Məkran sahillərində Zülfüqar birgə təlimi başlayıb.
 


Story Code: 1033094

News Link :
https://www.islamtimes.com/az/news/1033094/zülfüqar-təlimlərində-yerli-hava-hücumundan-müdafiə-sistemləri-test-edildi

Islam Times
  https://www.islamtimes.com