General Qasim Süleymaninin ildönümünə hazırlıqlar görülür
28 Dec 2022 22:27
İslamTimes: ABŞ tərəfindən terrora məruz qalan əfsanəvi general Qasim Süleymaninin şəhadətinin üçüncü ildönümü ilə bağlı İran, İraq, Suriya, Livan və sair ölkələrdə tədbirlər keçiriləcək.
SalamNews xəbər verir ki, İran və İraq başda olmaqla bir sıra ölkələrdə əfsanəvi general Qasim Süleymaninin şəhadətinin ildönümünə hazırlıqlar həyata keçirilir.
İranda “Can Fəda” devizi altında çoxsaylı daxili və beynəlxalq tədbirlərin keçirilməsi gözlənilir.
Yanvarın üçünə təsadüf edəcək ildönümü ərəfəsində şəhid generalın dəfn edildiyi Kermana çoxsaylı zəvvarların yollanacağı gözlənilir. Kermanda generalın məzarını ziyarətə gələnlərin çox olacağını təxmin edən aidiyyatı yerli qurumlar qonaqların lazımi şəkildə yerləşdirilməsi üçün hazırlıqlara başlayıblar. Məlumata görə Kerman əhalisi də ildönümü ərəfəsində zəvvarların öz evlərində yerləşdirilməsini təklif ediblər.
İran mətbuatının məlumatına görə, Qasim Süleymaninin həyat yolu ilə bağlı indiyə qədər 700 kitab yazılıb və ildönümü ərəfəsində də fərqli simpozum və konfransların keçiriləcəyi planlaşdırılır.
İranın paytaxtı Tehranda cümə namazının qılındığı müsəllada izdihamlı ildönümü tədbiri keçiriləcək.
Story Code: 1032546