0
Thursday 22 December 2022 - 09:18

Əliyevlər mafiya ailəsinin narkoticarətdə rolu İkinci Qarabağ müharibəsindən sonra hədsiz dərəcədə artıb

Story Code : 1031404
Əliyevlər mafiya ailəsinin narkoticarətdə rolu İkinci Qarabağ müharibəsindən sonra hədsiz dərəcədə artıb

"Yağlı Xəbər" saytının məlumatına görə, Azərbaycan Respublikasında hakimiyyətdə olanlar ölkənin İran sərhədinə yaxın cənub rayonlarını narkotiklərin azad zonasına çeviriblər və bu rayonlar "Pati" kimi məşhur olan sintetik narkotiklərin istehsalı mərkəzinə çevrilib. Hansı ki, son illər Azərbaycanda bir çox yoxsul ailələrin gəncləri bu maddəyə qurşanıblar. 
Azərbaycan Respublikasının İranla sərhədlərinə ciddi nəzarət olunduğu və İrandan Azərbaycana iki kilo kartofun belə keçirilməsi mümkün olmadığı halda Azərbaycan mediası narkotiklərin istehsalında və qanunsuz dövriyyəsində Bakının hakim ailəsinin izlərini gizlətmək üçün daim xəbər verirlər ki, hər il İrandan Azərbaycana milyonlarla ton narkotik ötürülür!
Azərbaycan Respublikasına hakim kəsilmiş ailənin və şəxsən İlham Əliyevin Avropanın narkotrafik mərkəzi olan Albaniya rəsmiləri ilə əlaqələrinin genişlənməsi də Əliyevlər ailəsinin narkobiznesinin genişlənməsində mühüm rol oynayıb və bu ailənin narkotiklər mənbəyindən əldə etdiyi gəlir onun astronomik sərvətinin artmasında ciddi əhəmiyyət kəsb edir. Azərbaycanda Əliyevlər-Paşayevlər ailəsinin astronomik sərvətində narkotiklər mənbəyini araşdırmağa cəhd edən araşdırmaçı jurnalistlər naməlum agentlər tərəfindən ölənə qədər döyülmə də daxil olmaqla qanunsuz zorakılıqlara məruz qalırlar. 
Əliyevlər ailəsinin narkotik ticarətində rolunun artması ilə ABŞ Dövlət Departamenti bu ailənin sistematik narkotik ticarəti ilə məşğul olduğunu bildirən hesabat yayımlayıb. 
Son üç onillikdə Bakı hakimiyyəti və mediası daim separatçı ermənilərin Dağlıq Qarabağda və onun ətraf ərazilərində narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olduqlarını iddia edirdi, lakin İkinci Qarabağ müharibəsindən və ətraf rayonların Bakı hakimiyyətinin nəzarətinə keçməsindən sonra otuz il ərzində məlumat verilən işğal olunmuş ərazilərdə narkotik istehsal edən fermaların və sexlərin haqqında heç bir sənəd təqdim edilmədi. Bu ərazilər hazırda Bakının hakim ailəsinin nəzarəti altındadır və onun ilkin sahibləri olan Birinci Qarabağ müharibəsinin mülki köçkünlərinin İkinci Qarabağ Müharibəsindən və bu ərazilərin Azərbaycana geri qaytarılmasından keçən son iki ildə bu ərazilərə qayıtmasına icazə verilməyib. 
Bakının hakim ailəsi Türkiyə və Azərbaycanda istehsal olunan sintetik narkotiklərin İrana ötürülməsi üçün İran daxilində müəyyən bir narkoşəbəkə formalaşdırmağa nail olub. Əliyevlər ailəsinin bu narkotik paylama şəbəkəsi etnik fəallar pərdəsi altında fəaliyyət göstərir və İranda baş verən son iğtişaşlar zamanı bu şəbəkə İlham Əliyevin şəkillərini Təbrizin bəzi bölgələrində divarlara yapışdırıb ki, Əliyevlər ailəsi İrandakı iğtişaşlardan da faydalansın.
BMT-nin Narkotiklərlə Mübarizə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən İranın narkotrafiklə mübarizəsi Əliyev ailəsinin İranla düşmənçiliyinin mühüm səbəblərindən biridir. İlham Əliyev son zamanlar öz anti-İranizmini İranda azəri xalqının hüquqlarını dəstəkləmək adı ilə ört-basdır etməyə çalışır.
Əliyevlər ailəsi narkotik ticarətində və anti-İrançılıqda öz israilli və britaniyalı tərəfdarlarının dəstəyindən faydalanır. Hansı ki, İran İslam İnqilabından əvvəlki dövrdə Pəhləvi kral ailəsi və xüsusilə İran və regionda narkotik ticarətinin əsas koordinatoru olan Əşrəf Pəhləvi ilə də oxşar münasibətləri var idi. Beynəlxalq narkotik şəbəkəsinin qərb mərkəzləri İslam inqilabından sonra İranda və regionda bu mühüm imkanı itirdi. Narkotik alverində Pəhləvi ailəsi nümunəsi artıq Əliyevlər ailəsində gerçəkləşib və bu ailənin əsas üzvləri, xüsusilə İham Əliyevin qızları Leyla və Arzu Əliyeva həm narkotik istifadəsində, həm də narkotik paylama şəbəkəsində Pəhləvi ailəsinin üzvləri ilə çoxlu oxşarlıqlar tapıblar. 
 
Source : SaharTV
Tagged
ilham əliyev
Comment