0
Monday 12 December 2022 - 16:54

Azərbaycanın vətən ağuşuna qayıtdığı gün

12 dekabr; Azərbaycanın vətən qoynuna qayıtması gün
Story Code : 1029759
Azərbaycanın vətən ağuşuna qayıtdığı gün
12 dekabr 1946-cı il (şəmsi təqvimlə 21 azər, 1325-ci il) İranın müasir tarixində çox mühüm və təsirli bir gün hesab olunur. Bu gün İran ordusu Peşvərinin rəhbərlik etdiyi separatçı "Demokrat" qruplaşmasını məğlub edərək Təbrizə daxil oldu və Azərbaycanı vətənə qaytardı. Keçmiş hökumət həmişə bu gündən istifadə etsə də, unutmaq olmaz ki, 1941-ci ilin avqust ayından 1953-cü ilin iyul ayına qədər Məhəmməd Rza Pəhləvi məşrutə şahı olub və siyasi arenada az səlahiyyətə malik olub. O dövrdə parlament və nazirlər ən təsirli rola malik olublar.

O zaman yaranmış böhranın kökü 1945-ci ilin iyulunda Azərbaycan Demokrat Partiyasının yaranmasına gedib çıxır. 1945-ci il iyulun 6-da Sovet Kommunist Partiyasının “Azərbaycanda və Şimali İranın digər əyalətlərində separatçı hərəkat yaradılması" ilə bağlı fərman hazırlanmış və o dövrün rəhbəri tərəfindən imzalanmışdır.

Bu fərmandan sonra Sovet Azərbaycanının prezidenti Mircəfər Bağırov Peşvəri ilə görüşdü və Demokrat partiyasının təsis edilməsi üçün hazırlıq işləri başladıldı. Burada maraqlı məqam ondan ibarətdir ki, Cəfər Peşvəri “Azərbaycan - İranın ayrılmaz hissəsi” nəşri ilə ciddi əməkdaşlıq edən və daha çox fars dilində yazan vətənpərvər iranlılardan olub. Amma Seyid Ziyauddin Təbatəbai tərəfdarları və bəzi kütlələr tərəfindən 14-cü Parlamentdə səlahiyyətlərinin rədd edilməsi kimi hadisələrdən sonra son dərəcə qüdrətə can atan, bacarıqlı, eyni zamanda ziyalı olan bu şəxs, Bağırovdan təsirlənərək rəhbərliyi qəbul etdi. 1945-ci ilin oktyabrında şimal qonşuya bağlı bu hökumət rəsmi olaraq fəaliyyətə başladı.

Təbii ki, Peşvərinin  ruslara meylli olmasının digər səbəblərindən biri də Stalin şəxsiyyəti və kommunizm meyarlarına qəlbən inanması sayıla bilər. O Kremlin əmrlərini kor-koranə yerinə yetirirdi. 

1945-ci ilin oktyabrında Qulam Yəhya Daneşyanın komandanlığı ilə Demokrat Partiyasının silahlı dəstələri Sovet Ordusunun (sentyabrda İranın şimalını işğal etdikdən sonra hələ də öz qüvvələrini geri çəkməmiş) dəstəyi ilə Azərbaycanın bütün bölgələrinə səpələndilər. Ordu bazalarını və hökumət mərkəzlərini ələ keçirdilər və Zəncana kimi getdilər.

Azərbaycan xalqının Peşvərinin yolu ilə getməməsinin 2 əsas səbəbi vardı. Birincisi, onların İrana və iranlı kimliyinə olan maraqları, ikincisi, güclü dini və şiə meylləri və kommunistlərin kafir olması və onlarla əməkdaşlıq etməyin haram sayılması. Çətin durumda qalan və böhranı idarə edə bilməyəcəyini bilən Məhəmmədrza Pəhləvi 1946-cı ilin yanvarında hökuməti çoxdankı rəqibi Əhməd Qəvam əl-Səltənəyə təhvil verdi və o da Azərbaycan problemini diplomatiya yolu ilə həll etməyə çalışdı.

Yeni baş nazir ilk fürsətdə taktiki gedişlə Moskvanın etimadını qazanmaq üçün bəzi nazirlikləri "Tudə" üzvlərinə həvalə etdi və sonra Stalinlə görüşə getdi. 

Sovet lideri ilə görüşdə Qəvam Qırmızı Ordu qüvvələrinin İrandan çıxarılmasına qarşı neft güzəşti vəd etdi. Əlbəttə ki, Stalin bununla razılaşmadı, lakin Amerikanın təzyiqindən sonra Sovet səfiri Sadçikov müqavilə imzaladı. 1946-cı ilin martında Qavam ilə müqavilə imzalandı. Əl-Səltənə şimal neftinin mühüm güzəşti müqabilində ölkəsinin qüvvələrini Azərbaycan və Kürdüstan bölgələrindən çıxarmağa imza atdı və razılaşdı.

Sovet qoşunları 15-ci parlamentin işə başlaması və Qəvam tərəfdarları tərəfindən şimal neft konsessiyasının təsdiqlənməsi vədi ilə qısa müddət sonra İranı tərk etdi və ordu da dekabrın 1-də işğal olunmuş ərazilərə və Demokrat partiyası mərkəzlərinə hücuma başladı.

İşin əvvəlində Qulam Yəhya Daneşyanın komandanlığı altında olan sadiqlər və silahlı şəxslər çətinliklə müqavimət göstərdilər, lakin əsas döyüş deakbrın 9-da Qafilankuhda oldu. 

Bir gün davam edən gərgin döyüşlərdən sonra İran ordusu bu döyüşü qələbə ilə başa vurdu və nəticədə separatçı hərbi qüvvələrin beli qırıldı və dekabrın 10-da Pişevəri və tərəfdarları işlərinin bitdiyini anladılar. Nəticədə onlar 30 minlik qruplaşma ardıcılları ilə birlikdə Bakıya və Bağırov hökumətinə sığındılar.

Dekabrın 12-də İran ordusu on minlərlə dindar və vətənpərvər Təbriz əhalisinin nüfuzu və qarşılanması ilə bu şəhərə daxil oldu və Azərbaycan rəsmən İrana qayıtdı. Mircəfər Bağırovun hazırladığı plan nətivəsində Peşvərinin aqibəti də acı sonuclandı. O avtomobil qəzasında yaralanaraq xəstəxanada həlak oldu.

Amma dövran elə gətirdi ki, Azərbaycanın İrandan ayrılması layihəsini hazırlayan Bağırovun özü də zərbə aldı və Stalinin ölümü və Nikita Xruşşovun hakimiyyətə gəlməsindən sonra o da cinayətlərinə və 70 min insanın qətlində iştirak etmə səbəbinə görə edam edildi.
Comment