SəhərAzəri-nin məlumatına əsasən, 26 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahlı qüvvələrinin Nardaran qəsəbəsinə hücumu 5 sakinin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbsi ilə nəticələndi.
Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin "respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi" kimi qiymətləndirməsinə baxmayaraq, Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun həyat yoldaşının sözlərinə görə Kərbəla şəhidlərinin 40 mərasiminə hazırlıq zamanı evdə ehsan verilirmiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət olunmuşdu. Bünyatovanın sözlərinə görə, namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər, səs bombasından, güllədən istifadə ediblər.
Nardaran sakinlərinin sözlərinə görə polisin qəsəbəyə gəlməsinə səbəb Taleh Bağırzadənin hökumətə qarşı kəskin tənqidi çıxışı olub. Polisin Büntadovun evinə silahlı hücumunun şahidləri bildirirlər ki, polis avtomat silahlardan istifadə edərək evə daxil olub. Azərbaycan Daxili İşlər Nazirliyi sonradan yaydığı bəyanatda 2 polisin də bu hücumda öldüyünü bildirib ancaq qəsəbə sakinləri əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiklərini və polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyirlər.
2015-ci il 26 noyabrda hökumətin Nardaran qəsəbəsinə silahlı hücumu və yerli sakinləri qətlə yetirməsi və Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə başda olmaqla 14 nəfər dindarı həbs etməsindən sonra, Nardaran qəsəbəsində sakinlər geniş etiraz aksiyalarına başladılar və bu etirazlar digər şəhərlərə də yayıldı.
Hacı Tale Bağırzadə 25 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edildi. O 18 yanvar 2017-ci ldə məhkəmədə son sözündə hakimiyyətin zülmlərinə qarşı mübarizə apardığına görə cəzalandırıldığını bildirdi və “Əgər zülm qarşısında susacaqsana ibadətin nə faydası?” deyərək bir daha İlham Əliyev hakimiyyətini kəskin tənqid atəşinə tutdu. Biz məzlumun səsiyik deyən Hacı Tale Bağırzadə məhkəmədəki son sözünü Şəhriyarın bu şeiri ilə bitirdi:
Ya rəbb, nədir bir bu qədər ürəkləri qan etməyin?
Qolu bağlı qalacaqdır haçağacan, Azərbaycan?
Övladların haçağadək yad ellərdə dolaşacaq,
Əl-ələ ver, üsyan elə, oyan, oyan Azərbaycan!
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!