İran səfirliyi Araz çayının cəbun sahillərində keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb
Story Code : 1020120
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,İran səfirliyi Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verildiyini də xatırladıb.
Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını da yada salıb.
“Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatında sonra deyilir: “İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”.