Sionist rejimin müharibə naziri İlham Əliyev ilə görüşüb
SaharTv , 4 Oct 2022 11:53
İslamtimes - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünən Bakıda sionist İsrail rejiminin müharibə naziri Benyamin Qansı qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytının qısa məlumatında deyilir ki, görüşdə Azərbaycan Respublikası ilə sionist İsrail rejimi arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Görüş barədə bundan artıq heç bir məlumat yayılmayıb.
Sionist rejimin müharibə naziri həm də Azərbaycan Respublikasının müdafiə naziri ilə də görüşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi intenet səhifəsində bu barədə bildirilir ki, görüşdə Azərbaycan Respublikası ilə qəsbkar sionist rejim arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası müdafiə naziri General-polkovnik Z.Həsənov Benyamin Qansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə iki tərəfin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
B.Qans isə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Qüdsü işğal edən rejim arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi bildirilir.
Story Code: 1017558