QR CodeQR Code

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası bəyanat yaydı

İran Cənubi Qafqazda fitnəyə qarşı qətiyyətlə reaksiya göstərəcək

SaharTv , 22 Sep 2022 09:21

İslamtimes - İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.


SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda bildirilir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunması qaçılmaz bir zərurətdir və onun pozulması qəbuledilməz olaraq beynəlxalq hüququn prinsiplərinə ziddir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası tərəfindən yayılan bəyanatın tam mətni belədir:
Allahın adı ilə
İslam Şurası Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası təhlükəsizlik və xarici siyasətlə bağlı məsələləri izləyən ixtisaslaşmış komissiya olaraq Cənubi Qafqaz regionunda baş verən hadisələrlə bağlı müvafiq qurumların və ekspertlərin iştirakı ilə bu həftə bir sıra iclaslar keçirdi və ümid edir ki, nəticələri ölkənin fundamental məqsədlərinə, regional sabitlik və təhlükəsizliyi mümkün qədər dəqiq təmin olunmasına kömək edəcəkdir.
Təəssüf ki, son aylarda bəzi hərəkətlər bu həssas bölgədə proseslərin, təhlükəsizlik və siyasi tərtibatın pozulmasına yol açdı.
İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası məsələnin inkişafını və əhəmiyyətini nəzərə alaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının qaçılmaz bir zərurət olduğunu vurğulayaraq, onun hər hansı bir şəkildə pozulmasını yolverilməz, beynəlxalq hüquq prinsiplərinə zidd hesab edir. İran İslam Respublikası region ölkələrini mehriban qonşuluq münasibətlərinə riayət etməyə çağırır və şübhə yoxdur ki, o, beynəlxalq sionizmin və NATO-nun regionda geosiyasi təxribat planları şəklində həyata keçirdiyi fitnələrə qarşı lazımi, qəti və vaxtında reaksiya verəcək. Və dayanıqlı sülh və təhlükəsizliyi pozan ambisiyaları və uydurma tarixi röyaları bu regionun tarixi reallığından və geosiyasi tələblərindən uzaq hesab edir.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzərində olan missiya və vəzifəsinə əsaslanaraq, bu bölgədə baş verənləri əlavə həssaslıq və dəqiqliklə gündəmdə saxlamağa, milli maraqlara uyğun olaraq lazımi tədbirləri görməyə davam edəcək və İran xalqının qəti hüquqlarının keşiyində duracaqdır.
 


Story Code: 1015574

News Link :
https://www.islamtimes.com/az/news/1015574/iran-cənubi-qafqazda-fitnəyə-qarşı-qətiyyətlə-reaksiya-göstərəcək

Islam Times
  https://www.islamtimes.com