QR CodeQR Code

Azərbaycan və Almaniya arasında hərbi əməkdaşlıq müzakirə olunub

8 Sep 2022 11:57

İslamtimes - “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
 


Story Code: 1013341

News Link :
https://www.islamtimes.com/az/news/1013341/azərbaycan-və-almaniya-arasında-hərbi-əməkdaşlıq-müzakirə-olunub

Islam Times
  https://www.islamtimes.com