QR CodeQR Code

Ayətullah Xamenei Ümümdünya Əhli-beyt Assambleyasının iştirakçıları qarşısında çıxış edib

4 Sep 2022 00:56

İslamTimes: “İran İslam Respublikası Əhli-beytdən ilhamlanaraq yeddi başlı əşdəha olan dünya hegemonluğunu geri addımlamağa vadar etdi.”


SalamNews İRNA-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ümümdünya Əhli-beyt Assambleyasının yeddinci iclasına qatılan qonaqlar qarşısında çıxışında deyib.

O deyib:

“Əhli-beyt ardıcılları və dünya şiələri fəxr edirlər ki, İslam Respublikası yeddi başlı qlobal hegemonluq əjdəhasının qarşısında sinəsini sipər edir və elə hegemonların öz etirafı ilə desək onların əksər planlarını iflasa uğradıb.".

Ayətullah Xamenei fikirlərini belə davam etdirib:

"O, parlaq ulduzlar (imamlar) öz əməli həyatı yolunu bizə təlim ediblər. Onlar bizə Quran ayələrini yaxşı düşünərək və ona əməl edərək, əziz İslam dininin yolunu necə getməyi bizə öyrədiblər...Məlumdur ki, bütün inancı və əməli pul və maddiyyat olan hegemonçular dünyası bu bayrağın qarşısında düşmənçilik və müxalifətçilik edəcək...ABŞ bu hegemonçuluğun başında gedir. Böyük İmam Qurandan ilhamlanaraq, hamıya öyrətdi ki, İslam cəmiyyətləri arasında həqiqi olmayan maneələri və fasilələri kənara qoymalı, yalnız İslamla küfrün arasında olan sərhədi tanısınlar...Bu dərin inanca əsaslanaraq, İslam İnqilabının elə ilk günündən Fələstinə dəstək gündəmə gətirildi və icra edildi. İmam bütün varlığı ilə bu məsələnin üzərində durdu. İslam Respublikası hələ də əzəmətli İmamın çəkdiyi həmin o siyasi-həndəsi rəsmə əsasən hərəkət edir və gələcəkdə də ona sadiq qalacaq.”
 


Story Code: 1012646

News Link :
https://www.islamtimes.com/az/news/1012646/ayətullah-xamenei-ümümdünya-əhli-beyt-assambleyasının-iştirakçıları-qarşısında-çıxış-edib

Islam Times
  https://www.islamtimes.com