QR CodeQR Code

Azərbaycan səfirliyinə hücum edənlər hardadı?

SaharTv , 10 Aug 2022 14:44

Islamtimes - Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov APA-ya müsahibəsində Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edənlərin London polisi tərəfindən azadlığa buraxıldıqlarını istisna etməyib.



Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum zamanı Bakıda məzuniyyətdə olmuş indi isə Londona qayıtmış səfir açıq şəkildə bildirib ki, Britaniya polisindən narazıdırlar və diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var: “Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik.”
Elin Süleymanov APA mxbirinin “Saxlanılan 8 nəfərin istintaqını izləyirsinizmi? Onların sərbəst buraxılma ehtimalı varmı?” sualını belə cavablandırıb:
- Ola bilər. Britaniya tərəfinin öz qanun-qaydaları var. Mən bunu dəqiq deyə bilmərəm. Britaniya polisi kimisə yalnız 24 saat ərzində saxlaya bilər. Bu da onlardan asılıdır.
Səfirin bu açıqlamasından belə aydın olur ki, Azərbaycan ərazisi sayılan Londondakı səfirliyi işğal edən terrorçular bəlkə də artıq azadlıqdadırlar və Azərbaycan tərəfi bununla bağlı hər hansı müqavimət göstərmək iqtidarında deyil.
 


Story Code: 1008474

News Link :
https://www.islamtimes.com/az/news/1008474/azərbaycan-səfirliyinə-hücum-edənlər-hardadı

Islam Times
  https://www.islamtimes.com