Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb
6 Jul 2022 06:30
İslamTimes: Nigerin Çadla sərhədində ordu ilə terror qruplaşmaları araslında toqquşma baş verib.
APA-nın xəbərinə görə, Nigerin Müdafiə Nazirliyi bildirib ki, posta hücum zamanı 6 əsgər həlak olub, 14-ü yaralanıb. Hücum edənlərin 17 nəfəri öldürülüb, çox sayda silah-sursat ələ keçirilib.
Müdafiə Nazirliyi hücumu hansı terror qruplaşmasının həyata keçirdiyini bildirməsə də, yerli media bunun Boko Haram və ya Qərbi Afrika İslam Dövləti olduğunu ehtimal edir.
Story Code: 1003007