QR CodeQR Code

Bölgədə əməkdaşlıq üçün yaxşı perspektivlər var

İran Xəzəryanı ölkələrə necə öz töhfəsini verə bilər?

Sahartv , 29 Jun 2022 09:09

İslamtimes - Xəzər dənizində əməkdaşlığın əhəmiyyətli olduğundan, İran İslam Respublikası ona təkan verməyə hazırdır.



SəhərAzəri-nin məlumatına əsasən, Xəzəryanı dövlətlərin birinci sammiti 2003-cü ilin aprelində Türkmənistanın paytaxtı Aşqabadda keçirilib. İclasda müzakirə olunan məsələlər arasında Xəzər dənizində ətraf mühitin çirklənməsinə qarşı mübarizə, eləcə də dünyanın bu ən böyük gölünün suyunun qorunması yolları yer alıb.

Beş Xəzəryanı dövlətin növbəti sammiti İran İslam Respublikasının paytaxtı Tehranda keçirilib və Xəzərin Ətraf Mühit Konvensiyasının imzalanması ilə başa çatıb. Bu sənəd Xəzər dənizi ilə bağlı beş sahilyanı dövlətin qanunverici orqanları tərəfindən təsdiqlənərək həyata keçirilən ilk hüquqi sənəd idi.
Üçüncü görüş 2010-cu il noyabrın 18-də Bakıda keçirilmişdir. Nəticədə o vaxt Xəzərin Ətraf Mühit Konvensiyasından sonra ikinci hüquqi sənəd kimi Təhlükəsizlik və Hərbi Əməkdaşlıq Sazişi imzalandı.
Xəzər dənizinin beş sahilyanı dövlətinin dördüncü sammiti 2014-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilib, orada su ehtiyatlarının mühafizəsi və optimal istifadəsi üzərində razılıq əldə olunub.
Sonrakı görüş 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Sammit əslində Xəzər dənizinin necə istismar olunması, o cümlədən Xəzər dənizinin beş sahilyanı dövləti arasında su və sahil sərhədlərinin müəyyən edilməsi haqqında sazişin imzalanması ilə başa çatıb.  
Bu su hövzəsindəki potensialları nəzərə alaraq, İran İslam Respublikası Xəzəryanı ölkələrdə inkişaf layihələrinin həyata keçirilməsində təsirli rol oynamağa qadirdir. İran İslam Respublikası Xəzər dənizi, Oman dənizi və Fars körfəzində avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı sahəsində öz infrastrukturunu qonşu ölkələrin ixtiyarında qoymağa hazırdır.
Digər tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizi, Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının üçtərəfli dəmir yolu əməkdaşlığı Xəzəryanı dövlətlər və digər ölkələr arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün münasib imkanlar yaratmışdır.
 


Story Code: 1001741

News Link :
https://www.islamtimes.com/az/news/1001741/iran-xəzəryanı-ölkələrə-necə-öz-töhfəsini-verə-bilər

Islam Times
  https://www.islamtimes.com