Baydenin Əfqanıstan və Pakistana səfərinin gizli tərəfləri
16 Jan 2011 11:35
"ABŞ yalnız öz mənafelərini düşünərək digər dövlətlərlə əlaqə yaradır. Bayden də bu siyasətə uyğun olaraq ABŞ-ın İslama olan xoş münasibətindən danışıb."
"IslamTimes"-in Pakistandakı müxbrinin verdiyi məlumata əsasən, ABŞ-ın vitze-prezidenti ötən həftə Əfqanıstan və Pakistanda bu ölkə rəsmiləri ilə görüş keçirib.
Bu məsələ ilə bağlı Pakistan quru qoşunlarının sabiq genaralı Əbdül-Qəyyum "IslamTimes"-la müsahibəsində deyib:
"Co Baydenin Əfqanıstan və Pakistana səfəri Vaşinqtonun məntəqəyə nəzarəti əldən verməməsi ilə bağlı olan bir səfərdir."
Genaral sözlərinin davamında deyib:
"Bayden Pakistana səfərinin sonunda Amerikanı İslamın və Pakistanın dostu adlandırıb. Amma şəksiz ki, bu o demək deyil ki, Amerika bundan sonra İslam mənafeləri uğrunda fəaliyyət göstərəcək. ABŞ yalnız öz mənafelərini düşünərək digər dövlətlərlə əlaqə yaradır. Bayden də bu siyasətə uyğun olaraq ABŞ-ın İslama olan xoş münasibətindən danışıb."
General müxbirimizin ABŞ-ın məntəqədəki hərbi müdaxilələri haqqındakı sualına cavab olaraq deyib:
"Nə qədər ki, ABŞ qoşununu Əfqanıstandan çıxarmayıb və Pakistandakı terrorçuları məhv etmək bəhanəsi ilə hava hücumları həyata keçirir, məntəqədə heç bir sabitlikdən danışmağa dəyməz. ABŞ-ın bu sayaq işğalçı addımları adı çəkilən iki ölkədə xalqların ABŞ-a nifrət bəsləməsinə səbəb olub və onlar qoşunlarının bu sayaq müdaxilələrinə son qoyulmasını tələb edirlər...
ABŞ 8 ildir ki, Əfqanıstanı terroristlərlə mübarizə adı ilə işğal edib. Onlar 8 ilin içində heç bir müvəffəqiyyət əldə etməyiblər. Hətta özləri də etiraf edirlər ki, onlar Əfqanıstanda məğlubiyyətlə üzləşiblər!”
"IslamTimes" - Tərcümə şöbəsi
Story Code: 50699