QR CodeQR Code

RUSİYADAN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT

faktxeber , 1 Aug 2010 17:09

Yaşar Əsədov: "Düşünürəm ki, Rusiyanın bu addımı təkcə Azərbaycana qarşı deyil, Yaxın Şərqdə və regionda baş verən proseslərə hesablanıb"


Xəbər verildiyi kimi Ermənistan ərazisindəki Rusiya hərbi bazası haqqında müqaviləyə dəyişiklikləri ehtiva edən protokol imzalanacaq. Bu protokola əsasən Ermənistan ərazisindəki Rusiya hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsindən əlavə, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə bu respublikanın təhlükəsizliyini də təmin edəcək.

Mövzu ilə əlaqədar suallarımızı cavablandıran ASDP-nin sədr müavini Yaşar Əsədov FaktXeber.com-a dedi: “Rusiya tərəfi bildirir ki, bu addım Azərbaycana qarşı atılmayıb. Rusiya Azərbaycanı özünə düşmən dövlət kimi görmür. Eyni zamanda Ermənistanla bağlı Rusiyanın maraqları çox dərin köklərə malikdir. Həm çar və sovetlər dövründə, həm də Rusiyanın müstəqillik dönəmində Moskvanın Cənubi Qafqaz siyasətində Ermənistan əsas rol oynayıb”.

Necə olur ki, Ermənistan hərbi sahədə güclənir və Azərbaycan hədəfə götürülmür – sualını Y.Əsədov belə şərh etdi: “Azərbaycan Qarabağ məsələsinə sərhədlərinin bütövlüyünü təmin etmək rakursundan yanaşır. Rusiyanın bu addımı isə İrana qarşı beynəlxalq sanksiyaların kəskinləşdiyi və həm də Türkiyədə məlum hadisələrin qarışdığı bir vaxtda baş verir. Eyni zamanda Rusiya heç vaxt gizlətməyib ki, Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır. İndi isə bunu sadəcə, rəsmiləşdirdi. Rusiyanın hərbi bazası bundan sonra Ermənistanın cəlb olunduğu hərbi münaqişələrdə iştirak edə bilər. Düşünürəm ki, Rusiyanın bu addımı təkcə Azərbaycana qarşı deyil, Yaxın Şərqdə və regionda baş verən proseslərə hesablanıb”.

Mən inanmıram ki, həmin baza Ermənistanın silahlı qüvvələrinin tam nəzarətinə verilsin. Sərəncamda birgə istifadə nəzərdə tutulur. Eyni zamanda Gürcüstanda ABŞ-ın hərbi mövcudluğu artdıqca, Rusiya bu kimi addımlar atmağa səy göstərir – Y.Əsədov vurğuladı: “Yaxud bu ifadəni əksinə də işlətmək olar, Rusiya Ermənistanda hərbi varlığını çoxaltdıqca, Amerika da Gürcüstanda eyni addımlar atır. İstənilən halda Ermənistanla bağlı hər hansı münaqişə baş verərsə bir məsələ aydındır ki, Rusiya Ermənistanla quru ərazidə birbaşa əlaqə yaratmaq üçün Gürcüstan ərazisi ciddi təhdid altına düşəcək”.
Əli Mövlud


Story Code: 32941

News Link :
https://www.islamtimes.com/az/interview/32941/rusiyadan-azərbaycana-qarşi-növbəti-təxribat

Islam Times
  https://www.islamtimes.com