Son 16 ildə Milli Qəhrəman adı verilməyib
faktxeber , 23 Jul 2010 19:32
Ermənistanla müharibə aparan, yüzlərlə şəhid verən orduda bu ada layiq hərbçi yoxdurmu?
Üzeyir Cəfərov: “Hərbçilərin şücaətləri lazımı formada sənədləşdirilmədiyinə görə, bu adlar verilməyib”
1994-cü il mayında Bişkekdə bağlanan atəşkəs sazişindən keçən 16 il ərzində Azərbaycan Ordusunda bir nəfər hərbçi də Milli Qəhrəman adına layiq görülməyib. Bunun səbəblərini araşdırmağa çalışdıq, amma böyük çətinliklə üzləşdik. Son 16 ildə yalnız bir dəfə Sərhəd Qoşunlarının bir əsgərinə Milli Qəhrəman adı verilib.
Araşdırmalar təsdiq edir ki, son 16-ildə Azərbaycan-Ermənistan cəbhə xətində döyüşlər, hərbi əməliyyatlar baş versə də, xüsusi bölmələr düşmən arxasında diversiya, əkəşfiyyat əməliyyatları həyata keçirsələr də əsgər və zabitlərə yüksək adlar verilməyib. Mövzu ilə bağlı suallarımızı Müdafiə Nazirliyindən cavablandıran olmadı. Xatırladaq ki, bir müddət əvvələ qədər xidməti vəzifəsini yerinə yetirərəkən dünyasını dəyişən əsgərlər şəhid hesab olunmurdu. Lakin sonradan bu məsələ ciddi ictimai müzakirələrə səbəb oldu və Nazirlər Kabinetinin qərarı dəyişdirildi. Hazırda cəbhədə həlak olan əsg və zabitlər şəhid sayılsalar da, Milli Qəhrəman adına heç kim layiq bilinməyib.
Bir neçə gün əvvəl Azərbaycan hərbiçisi, gizir İbrahimov qəhrəmanlıq göstərərək həlak olmasına rəğmən ona belə bir ad verilmədi. Xatırladaq ki, şəhid gizirin nəşi hələ də düşmən əlindədir.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, əslində Milli Qəhrəman adı verilir və bu məsələdə problem yoxdur. Onun fikrincə, atəşkəsdən sonra bu məsələdə fikir ayrılı yaranıb. «Bəzilər deyir ki, həlak olan gizir İbrahimova da Milli Qəhrəman adı verilsin. Mən etiraz etmirəm. Amma yaxşı olardı ki, bu təklifi səsləndirənlər rəsmi strukturlar qarşısında gizirin nəşinin qaytarılması məsələsini qoysunlar. İstənilən halda giziri hərbi tapşırığa göndərən şəxslər bu məsələni həll etməlidirlər. Milli Qəhrəman adı uca addır. Ancaq son illər bu adla bağlı qeyri-müəyyənlik var. Kimə gəldi, tutduğu vəzifəsinə görə, general rütbəsi vürildiyi kimi, bəzi adamlara da Milli Qəhrəman adı verilib. Ancaq həqiqətən də Milli Qəhrəman adına layiq şücaətlər göstərən şəxslər var ki, onlara ən yaxşı halda Azərbaycan bayrağı ordeni verməklə kifayətləndilər. Bu isə şəhid ailələrində narazılıq yaratdı”.
Üzeyir Cəfərov deyir ki, son illər cəbhədə şücaət göstərən insanlar olub. Amma onlar haqqında məlumatı Prezident Administrasiyasına çatdıranlar istəmirlər ki, kiminləsə üz-üzə gəlsinlər. Bu insanların hərəkətləri qiymətləndirilməlidir. 1994-cü ildən bu yana Milli Qəhrəman adı bir sərhədçiyə verilib. Ancaq müharibə şəraitində olan Azərbaycan hərbiçiləri atəşkəsin müəyyən dövrlərində düşmənə sarsıdıcı zərbələr endiriblər. Ancaq bu şücaətlər lazımı formada sənədləşdirilmədiyinə görə, bu adlar verilməyib”.
Nemət
Story Code: 31990