QR CodeQR Code

Dağlıq Qarabağ qaytarılırmı?

birlik , 17 Jul 2010 15:18

Akif Nağı: “Xalqın bu şəkildə aldadılması yolverilməzdir”


Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal olunmuş torpaqlara qayıtmaq üçün genişmiqyaslı hazırlıq işlərinə başlayıb. Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birliyinin sədri Bayram Səfərov ANS-ə müsahibəsində bəyan edib ki, bölgənin əhalisi yenidən sayılır. Rəqəmlər göstərir ki, artıq Dağlıq Qarabağ azərbaycanlılarının sayı 75 min nəfəri ötüb. Məsələn, əgər 1989-cu ildə Şuşa əhalisinin sayı 22-23 min nəfər idisə, hazırda bu rəqəm 30 minə çatıb: “Belə vəziyyətdə qayıdışla bağlı Dağlıq Qarabağ əhalisinin hamısının dəqiq siyahısı olmalıdır ki, qayıdışımız da mütəşəkkil olsun. Bu iş davam edir, əhalinin sayı, siyahıya alınması ilə məşğul oluruq. Eləcə də onların təşkilatlanması ilə məşğul oluruq”. İcma rəhbərinin sözlərinə görə, Qarabağ işğaldan azad olunandan sonra orada kompleks yenidənqurma işləri aparılacaq. Bu məqsədlə donor təşkilatlara da müraciət olunacaq. “Şuşa əvvəllkindən də gözəl bərpa olunacaq. Əhalimizin içərisində elələri var ki, çadırda, amma doğma torpaqlarında yaşamağa razıdır”,- deyə Bayram Səfərov bildirib. Rəsmi Bakının yenilənmiş Madrid prinsiplərini onu tam qane etmədiyi halda, kompromisə gedərək məsələnin həll olunması üçün qəbul etdiyini vurğulayan icma rəhbəri indi diqqətin erməni tərəfinə yönəldiyini deyib: “Erməni tərəfi biz güzəştə getdiyimiz kimi güzəştə getməlidir, yəni onlar başa düşməlidir ki, Azərbaycanın bu gün iqtisadi potensialı nə deməkdir. Erməni əhalisi elə bilirsiniz belə vəziyyəti istəyir? İstəmir, nə qədər əl açmaqla, yardımla bunlar yaşayacaq?”. Bayram Səfərovun sözlərinə görə, problem diplomatik yolla həll olunmayacağı təqdirdə, Azərbaycanın başqa çıxış yolu qalmayacaq. Bu isə müharibədir. “Hər dəfə gördükcə, nə vaxt gedəcəyimizi soruşurlar. Biz döyüşə hazırıq, ali baş komandanın balaca bir göstərişi olarsa, təkcə cavanlar deyil, bütün yaşlılar da müfəssəl bir əsgər kimi döyüşə hazırdır”,- deyə İctimai Birliyin sədri söyləyib. Birlik.az-a verdiyi açıqlamsında məsələyə aydınlıq gətirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, bu yalançı bir təbliğatdır. Burada real heç nə yoxdur. Çünki torpaqların geri qaytarılması ilə hələlik real bir əlamət görsənmir. Ermənistan ortaya qoyulan variantla razılaşmır. Rusiya buna imkan vermir. Ona görədə nəticə etibarı ilə proseslərin gedişaltı hələlik Azərbaycanın xeyrinə deyil. Təəssüf ki, bəzi QHT rəhbərləri bu cür bəyanatları narahatlıq doğrur. Yəni xalqın bu şəkildə aldadılması yolverilməzdir.



Cavid Umudlu


Story Code: 31310

News Link :
https://www.islamtimes.com/az/interview/31310/dağlıq-qarabağ-qaytarılırmı

Islam Times
  https://www.islamtimes.com