QR CodeQR Code

Həzrət Zəhra (s) barəsində müsahibə

Fatimə (s), qeyrət nişanəsi

islammektebi , 14 May 2010 23:55

Bəzi rəvayətlərə
əsasən hicri qəməri tarixiylə 13 cəmadiul-əvvəl İslam Peyğəmbərinin (s) əziz qızı, həzrət Zəhranın (s) şəhadətinin ildönümünə təsadüf edir. Bu münasibətlə İmam Zaman (ə.f) və onun aşiqlərinə başsağlığı verir və bu barədə höccətül-islam cənab Nəzəri ilə olan müsahibəni sizlərə təqdim edirik.


Bəzi rəvayətlərə
əsasən hicri qəməri tarixiylə 13 cəmadiul-əvvəl İslam Peyğəmbərinin (s) əziz qızı, həzrət Zəhranın (s) şəhadətinin ildönümünə təsadüf edir. Bu münasibətlə İmam Zaman (ə.f) və onun aşiqlərinə başsağlığı verir və bu barədə höccətül-islam cənab Nəzəri ilə olan müsahibəni sizlərə təqdim edirik.
1) Əhli-beytin (ə) nəzərində hazrət Zəhranın (s) mənəvi məqamı necə dəyərləndirilir?
Bismillahir-rəhmanir-rəhim
Həzrət Zəhraya məxsus (s) olan əza günlərini yaşayırıq. Bu münasibətlə başda İmam Zaman (ə) olmaqla bütün dünya müsəlmanlarına başsağlığı veririk. Ümidvarıq ki, bu əziz xanımın həyatı hamımıza örnək olacaq.
Həzrət Zəhranın (s) şəxsiyyəti yalnız qadınlar üçün örnək deyil, əksinə bütün insanlar bu xanımdan örnək götürə bilər. Xanımın (s) bərəkətli ömrünün az olmasına baxmayaraq, bu qısa müddətdə cəmiyyətin istifadəsi üçün çox mühüm məqamlar vardır.
Həzrət Siddiqeyi-Kubranın (s) məqamı, Əhli-beytin (ə) nəzərində uca və xüsusidir. Belə ki, həzrət Əli (ə) xanım Zəhradan (s) sonra bir quyu qazdı. Əli (ə) Zəhra üçün vəqfnamə yazmaq qərarına gəldi və həzrət Zəhranın (s) övladlarını onun ardıcılları kimi tanıtdırdı. Həmçinin “Cəməl” və “Siffeyn” döyüşündə İmam Həsən (ə) və İmam Hüseynə (ə) döyüş meydanına getməyə icazə vermirdi. Səhabələr bunun səbəbini soruşanda Həzrət (ə) buyurdu:
 “Bu iki nəfəri qoruyun ki, Peyğəmbərin (s) nəsli sona çatmasın. İmam Hüseyn (ə) də, Aşura günü bir rəcəz oxuyaraq analarının həzrət Zəhra (s) olduğu üçün iftixar etdiyini bildirdi. Amma həzrət Zəhranın (s) Əlinin (ə) yanında uca məqamı olmasının ən mühüm dəlili, Xanımın (s) qəbri kənarında Peyğəmbərə (s) xitabən buyurduğu xütbəsidir. Xütbədə belə buyurulur: “Ey Allahın rəsulu! Artıq dözümüm məhbubundan uzaq düşdüyüm üçün azaldı və səbirim dünya qadınlarının sərvərindən ayrıldığım üçün bitdi ...”
2) Allahın o xanımın vücudunda qərar verdiyi xüsusiyyətlərdən biri də, ismət və məsumluq sifətidir. Bu barədə nə deyə bilərsiniz?
Həzrət Zəhranın (s) ismətini təsdiq edən ən mühüm kəlam, “Təthir” ayəsidir. Belə ki, Peyğəmbərin (s) qırxdan çox səhabəsi bu kəlamın həzrət Zəhra (s), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Əmirəl-möminin Əli (ə) barəsində olmasını təkidlə vurğulayıblar. Bu ayə nazil olandan sonra Peyğəmbər (s) gəlib xanım Zəhranın (s) evinin qarşısında durub buyurarmış: “Salam olsun sizə ey Əhli-beyt (ə).
 Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Ayənin bu pak vücudlara aid olması, elm əhlinə aydındır. Belə ki, bu ayədəki iradə təşrii (ümumi) iradə deyil. Çünki Allahın paklaşdırmaq üçün təşrii iradəsi hamıya aid olur amma ayənin əvvəlində “innəma” kəlməsi Allahın iradəsini paklıqdan nişan verməsinə həsr edir və bu təşrii iradədən başqa iradədir ki, Allah onu bu pak ailəyə əta etmişdir.
Bu barədə dah çox izah verməyinizi istəyirik
Bəli dediyimiz kimi, xanım Zəhranın (s) isməti Quran baxımından sübut olunmuş bir ismətdir. Fərz edək ki, əgər bu ayə olmasaydı belə məzhəblər arasında Peyğəmbərdən (s) nəql olunan hədislər həzrət Zəhranın (s) məsum olmasına şəhadət verərdi. Məsələn, Peyğəmbərin (s) buyurduğu “həqiqətən Fatimənin (s) qəzəbi Allahın qəzəbi, razılığı isə Allahın razılığıdır” hədisi, Xanımın (s) məsum olmasına aydın dəlildir.
 O Həzrət (s) həmişə və səhvlərdən uzaq idi. Peyğəmbər (s) onun barəsində buyurub: “Fatimə (s) dünya xanımlarının xanımıdır”. Bəs əgər o, məsum olmasaydı heç vaxt bu məqama çatmazdı.
3) Həzrət Zəhra (s) üçün çoxlu ləqəblər ünvanlanıb. Hətta bəziləri bu xanım üçün 50-ə qədər ləqəb sayıbdır. Bu ləqəblərdən biri “mühəddəsə”dir (onunla danışılan qadın). Bu barədə danışmağınızı istəyirik.
Mühəddəsə kəlməsini o kəsə deyirlər ki, başqa birisi onun üçün söhbət etsin. Hədisdə qeyd edilir ki, mələklər onunla söhbət edirmişlər. 
Həmçinin “Kafi” kitabında mötəbər hədislərin birində buyurulur ki, “Peyğəmbərdən (s) sonra Fatimənin (s) qəm-qüssəsi o qədər çoxaldı ki, Allah onun ruhunu sakitləşdirməkdən ötrü Cəbraili onun yanına göndərərdi: “Cəbrail onun yanına gələr və onunla söhbət edərdi.”
4) Mümkündür bir nəfər desin ki, Cəbrail yalnız Peyğəmbərlərə (ə) nazil olub. Bu şübhənin cavabını necə vermək olar?
Onların cavabında gərək deyilsin: “Cəbrail (ə) həzrət Məryəmə (s) də, nazil olardı və onunla söhbət edərdi. Necə ki, Məryəm surəsində oxuyuruq: “... (Cəbrail) Ona (Məryəmə) kamil bir insan simasında göründü”. Bəs bu ayədən məlum olur ki, Cəbrail təkcə Peyğəmbərlərə (ə) nazil olmurdu. Cəbrail (ə) həzrət Zəhraya (s) nazil olaraq gələcəkdə baş verəcək hadisələri ona deyər, həzrət Əli də (ə) deyilənləri qələmə alardı. Bu kitab Fatimənin (ə) “müshəfi” adlanır. Bəzən imamlarımız (ə) bu kitaba istinad edərmişlər.
5) Həzrət İmam Kazimdən (ə) nəql olunmuş rəvayətlərdən birində buyurulur: “Həqiqətən də Fatimeyi Zəhra (s) “siddiqeyi-şəhidədir” (doğru şəhiddir)”. Bəziləri o Həzrətin (s) şəhadətində şübhə yaradaraq şəkk edirlər. Bu barədə sözünüz varsa buyurun.
Əvvəla demək lazımdır ki, hədisin sənədi düzgün və etibarlıdır. “Siddiqə” kəlməsi xanımın ismət məqamını sübuta yetirir. Çünki siddiq (doğru) olmayan şəxs məsum da ola bilməz və bu kəlmə həzrət Fatiməyə (s) aiddir. Həmçinin “şəhidə” kəlməsi barəsində də, demək lazımdır ki, “Şəhid” Quranda zikr olunan Allahın ləqəblərindəndir “innəhu əla kulli şəyin şəhid”. Amma rəvayətlərdə, ürfdə və lüğətdə Allah yolunda canını əldən verənə “şəhid” deyillər. Bu kəlmə ərəb dilində Peyğəmbərin (s) zamanında da, var idi. Misal üçün, Bədr şəhidləri, Ühüd şəhidləri və s... Elə o zaman da, şəhidləri qüslsuz dəfn edirdilər. İndi sual oluna bilər ki, bəs Əli (ə) həzrət Zəhraya (s) qüsl verib dəfn edib. Buna nə cavab verərcəksiniz?
 Bunun cavabında demək lazımdır ki, yalnız müharibə zamanı döyüşdə şəhid olanlara qüsl vermək lazım deyil. Nəzərimcə döyüş zamanı şəhidə qüsl vermək imaknı olmadığından, Allah bu hökmü götürüb. Amma döyüşdə yaralanıb, ondan sonra şəhid olanı həqiqi şəhid olmasına baxmayaraq qüsl verilirdi. Çünki Allah yolunda canını əldən verib. Həzrət Zəhra (s) da, “şəhidə”dir. Çünki Allah yolunda fədakarlıq edərək dünyadan köçdü.
Əbu-Bəsir nəql edir: “Bu xanım vilayəti müdafiə etdiyi üçün ona vurulan zərbələrin təsirindən şəhid oldu.” Əbu-Bəsir əlavə edir: “Qunfuz qılıncın qınıyla xanım Zəhraya zərbə endirdi. Nəticədə həzrət Möhsün (ə) siqt oldu və Peyğəmbər (s) balasının qolu şiddətli yaralandı. Beləliklə bu hadisə onun şəhadətinə səbəb oldu.
Harda həzrət Zəhraya (s) zərbə vurdular? 
O evdə ki, Peyğəmbər (s) onun qarşısında durar, onlara salam verər və “Təthir” ayəsini oxuyardı. Onlar belə bir evə hücum etdilər və xanımı şəhadətə yetirdilər. Bu qədər izahlarla elə bilirəm ki, artıq həzrət Zəhranın (s) şəhadəti üçün qaranlıq nöqtə qalmadı.
6) Peyğəmbərin (s) vəfatından sonra həzrət Zəhradan (s) hüququndan müdafiə etməsi üçün fəsahət və bəlağətdə eyni olan xütbə vardır ki, orada tövhid, ədalət və hökümlərin fəlsəfəsi barəsində nöqtələr buyurubdur. Xütbənin bu hissəsi barəsində izah verməyinizi istəyirik.
Onun xütbəsi bütün müsəlmanlar üçün bir növ ensiklopediyadır. Belə ki, xütbə etməyə başlayır, öz möcüzələrindən birini göstərir. İnsan, yaxşı xütbə etəmək üçün gərək illərlə çalışsın ki, yaxşı söhbət etməyi bacarsın. Amma o nə keçmişdə söhbət etmişdi nə də, hansısa bir məktəbdə təhsil almışdı. Buna baxmayaraq o əvvəldən axıra qədər dərin və dəqiq nöqtələri özündə cəmləyən elə bir xütbə söylədi ki, o Həzrətdən (s) fəsahət və bəlağətin zirvəsində duran bir möcüzə idi.
Bu xütbənin bir hissəsində Həzrət (s) hökümlərin fəlsəfəsindən söz açır: Allah sizə şirkdən nicat vermək üçün imanı, təkəbbür və qürurdan nicat vermək üçün namazı, dini möhkəmləndirmək üçün Həcci, ixlasınızın artması üçün orucu və cəmiyyətin islahı üçün əmr be məruf və nəhy əz münkəri vacib etmişdir.
Həzrət Zəhra (s) xütbənin ardında açıqlayaraq ki, Allah, cəmiyyətin və İslam ümmətinin nizamlı olmasından ötrü imaməti öz tərəfindən təyin edir. 
İmam cəmiyyətin təmayülü və pərakəndəliyin qarşısını alandır. Əgər imamı cəmiyyət seçsə mümkündür ki, ikidəstəlik meydana gəlsin. Əgər Allah Peyğəmbərləri (s) seçdiyi kimi imamı da təyin etsə, artıq heç kəs narazılıq etməz.
Beləliklə, həzrət Zəhranın (s) bəyan etdiyi yoldan başqa İslam heç bir sifətlə nizam-intizam tapmaz.
7) Nəzərinizcə bu cür xütbə Həzrətin (s) ilahi elmindənmi xəbər verir?
Hamı bilir ki, hökümlərin sirrini yalnız Allah bilir və Onun elminin mədəni olanlar ibadətin sirlərindən agahdır. Məlum oldusa xanım hökümlərin fəlsəfəsindən agahdır. Deməli, onun ilahi elmi var ki, bunları bilir.
8) İslamda bu əziz xanımının örnək olması barəsində danışın.
İnsan örnəyi gündəlik işləri üçün, müxtəlif zəminələrdə qərar verir ki, səhv etməsin. Həmçinin kamilliyə çatmaq üçün gərək örnək olsun.

 Məhz buna görə Allah Peyğəmbəri (s) insan üçün ən yaxşı örnək qərar verib. Quranda buyurulduğu kimi: “Sizin üçün ən yaxşı örnək Allahın rəsuludur”. Həmçinin həzrət Zəhra (s) da, Peyğəmbəri (s) tam göstərən bir güzgüdür. Hədisdə vardır ki, “Əgər gözəlliyi göstərmək mümkün olsaydı, (o gözəllik) Fatimə (s) idi. O, hər bir halda bəşər cəmiyyətinin kişi və qadınları üçün ən yaxşı örnəkdir. Dəqiqliyiylə belədir ki, həzrət Mehdi (ə) buna əsasən onu özünə örnək bilir. 

Mənbə: www.hawzah.net
Tərcümə etdi: Rəsul Mahmudov


Story Code: 25862

News Link :
https://www.islamtimes.com/az/interview/25862/fatimə-s-qeyrət-nişanəsi

Islam Times
  https://www.islamtimes.com