Marneuli İmam Hüseyn (ə) adına olan məsciddə Quran və əza mərasimi keçirilib
Ahlibeyt.ge , 10 Jan 2021 16:32
İslamtimes -Bu gün Marneulidə Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin, İmam Əli (ə) adına və İmam Hüseyn (ə) adına olan məscidlərin birgə təşkilatçılığı ilə Hz. Fatimənin (s.ə) şəhadət günləri fonunda islam dini uğurunda şəhid olan, şəhid Qasim Süleymaninin və Əbu Mehdi əl-Mühəndisin şəhadət il dönmü, böyük islam alimi Ayətullah Misbah Yəzdinin vəfatı münasibəti ilə və Qarabağın azadlığı uğurunda şəhid olanlar üçün Quran və əza mərasimi keçirilib.
Ahlibeyt.ge xəbər verir ki, İki hissədən təşkil tapan mərasimin, birinci hissəsində şəhidlərin pak ruhlarına İlahiyyatçılar və möminlər Qurani-Kərimdən surələr oxuyublar.
İkinci hissədə isə İmamcümə Hacı Əziz çıxış edərək şəhidlərin məqamından danışıb.
Mərasimin davamında İlahiyyatçı Kamran Mamedov isə, Hz. Fatimənin (s.ə) şəhadətindən və o xanımın mübarizliyindən və iffətindən söz açıb.
Din xadimlərinin və möminlərin iştirakı ilə keçirilən mərasimdə, Quran qarisi Rza Cəfəri rozə və mərsiyyələr oxuyub.
Mərasim sonda dua və ehsan süfrəsi ilə yekunlaşıb.
Story Code: 909319