İslamtimes - Təbrizin İmam Zaman (əcc) məscidində səhiyyə protokollarına riayət etməklə Qarabağ şəhidlərinə anım mərasimi keçirilib.
Qarabağ şəhidlərinin anım mərasimi Təbrizin inqilabçı əhalisinin iştirakı ilə səhiyyə protokollarına və koronavirus məhdudiyyətlərinə riayət etməklə bu şəhərin İmam Zaman (əcc) məscidində keçirilib.
Mərasimdə höccətül-islam Əmcədi, habelə Təbrizin tanınmış şairləri Azərbaycan Respubublikasının Qarabağ döyüşçülərinin şəhadəti münasibətilə başsağlığı verməklə yanaşı, İslam torpağı olaraq bu ölkənin ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi münasibətilə təbriklərini bildiriblər.
Höccətül-islam Əmcədi Qarabağ şəhidləri, nüvə şəhidləri, onların ailələrinə və Möhsin Fəxrizadənin ailəsinə müraciət edərək deyib: “Sizin şəhidlərinizin matəmi münasibətilə çoxları sizə başsağlığı verdi, onların adına keçirilən mərasimlərdə iştirak etdi, sizinlə həmrəyliyini bildirdi, amma canlar fəda olsun İmam Hüseynə (ə.s) ki, Aşura günü 72 nəfər səhabəsi ilə birlikdə şəhid oldu, lakin onlara üçün əzadarlıq mərasimi keçirilmədi. Əlbəttə, ilahi qanuna əsasən, onların qanı yerdə qalmadı, Əhli-beyt (ə.s) və İmam Hüseyn (ə.s) sevərlər hə il onlar üçün möhtəşəm mərasimlər keçirirlər.”
Anım mərasiminin sonunda iştirakçılar şəhid Möhsin Fəxrizadəyə qarşı namərdcəsinə həyata keçirilmiş terror aktını pisləyiblər, işğalçı və uşaq qatili olan sionist rejiminin bayrağını yandırmaqla bu xərçəng şişinə qarşı öz nifrətlərini bildiriblər.