QR CodeQR Code

Azərbaycan prezidenti anti-İran ünsürlərin təbliğatına yaşıl siqnal verdi?

Məsuliyyətdən yayınma və dindarlara qarşı həqiqətdən uzaq ittiham - TƏHLİL

Sahartv , 30 Apr 2022 11:16

İslamtimes - Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və İran hökumətlərinin iki ölkənin ərazi bütövlüyü ilə bağlı mövqeyi sual doğurmur.



SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib: "Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik.
Bununla belə dövlət başçısı Şuşa Qurultayında bəzi anti-İran ünsürlərin qonşu ölkəyə qarşı təxribatçı çxışlarını, onun ərazi bütövlüyünü şübhə altına almalarını əsaslandırmağa çalışıb. “Həmin tədbirdə 400-dən çox iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşa və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik. Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər, - deyə İlham Əliyev iki ölkə əlaqələrinə kölgə salan çıxışlara görə məsuliyyət daşımadığını və Azərbaycana heç bir aidiyyəti olmadığını söyləyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır.
Qeyd edək ki, Şuşa konfransında İranın məhkəmə orqanları tərəfindən axtarışda olan qaraguruhçu ünsürlərin İslam Respublikasına qarşı nalayiq ifadələr işlətməsi nəinki hökumətin susqunluğu ilə müşayiət olundu, hətta onların separatizmi təbliğ etməsi üçün medialarda çıxışlarına geniş imkanlar yaradıldı. Onlardan biri Azərbaycan Respublikasının “Xural TV” kanalına müsahibəsində iddia edib ki, guya İran Azərbaycanında “müstəqillik” uğrunda ciddi müharibə gedir, guya İran Azərbaycan Respublikasını açıq şəkildə hədələyir, guya İran ikinci Qarabağ müharibəsinə getmək üçün Azərbaycan Respublikasının səfirliyində qeydiyyatdan keçən azəriləri həbs edib!
Həmin bu separatçı öz fikirlərinin davamında deyib: “Tehran rejimi Azərbaycan hökumətinin varlığından qorxur... qaçaqmalçıların və terrorçuların Azərbaycan Respublikası sərhədindən keçməsinə mane olmur...Tehran rejiminin bütün dünyada bircə dostu yoxdur. İran dağılır... İndi İran adlanan yerdə vəziyyət Sovet İttifaqının dağılmasından da pisdir...”.
Azərbaycanla qonşu ölkənin əleyhinə belə təhqiramiz və təfriqəçi açıqlamanın verilməsinin Tehran-Bakı əlaqələrinə nə dərəcədə ziyan vura biləcəyini nəzərə alaraq, müvafiq dövlət qurumlarının susqunluq nümayiş etdirməsi və ya onların təxtibatçı əməllərinə şərait yaratması ciddi suallar doğurur. Şübhəsiz ki, bu cinayət halının söz və ifadə azadlığı ilə izah edilməsi mümkün deyil və hakimiyyət öz məsuliyyətindən yayına bilməz.
Əlbəttə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bu həqiqəti pərdələmək üçün İlham Əliyev iranlı ekspertin Şuşa konfransındakı çıxışlarla bağlı iradına məntiqli cavab vermək yerinə İranda guya Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan bir sıra Azərbaycan vətəndaşının mövcud olduğunu iddia edib.
 “İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır. Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi”, deyə İlham Əliyev qeyd edib.
Maraqlıdır ki, dövlət başçısının işarə etdiyi dindarlar hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etmiş və Qarabağ uğrunda gedən savaşda fəal iştirak etmişlər. Məhz belə şəxslərin canfəşanlığı, dövlətin haqq işini dəstəkləməsi və şəhadət fəlsəfəsini döyüşçülərə aşılaması, hətta bu müqəddəs yolda canlarından keçmələri torpaqların işğaldan azad edilməsinə öz töhfəsini verdi və indi onların məsləkdaşlarına qarşı xoşagəlməz ittihamın irəli sürülməsi heç bir vəchlə inandırıcı deyildir.
 


Story Code: 991937

News Link :
https://www.islamtimes.com/az/article/991937/məsuliyyətdən-yayınma-və-dindarlara-qarşı-həqiqətdən-uzaq-ittiham-təhlil

Islam Times
  https://www.islamtimes.com