0
Monday 1 November 2021 - 08:35

Hacı Abgül Süleymanov həbsdən yazdı

Story Code : 961413
Hacı Abgül Süleymanov həbsdən yazdı
Həbslər varsa demək ki, narahat olanlar var. Vay o gündən ki, həbslər dayansın. Bir cəmiyyətdə kimsə həbs olunmursa deməli şiəlik düşüncəsi ölüb. Necə olur Müaviyə dövründə İmam Həsən (ə) tərəfdarlarını tutsunlar, amma zəmanəmizdə tutulan olmasın?
Tutulanlar varsa demək ki, imamət əqidəsi davam edir. Tutulanlar varsa demək ki, məsum imamlara və səhabələrinə oxşayan insanlar var. Həbslər islamın dirçəlişinə səbəb olacaq. Haqq sözü demək ən böyük cihaddır. Heç bilirsinizmi cihaddan qaçmaq niyə haramdır? Çünki cihaddan qaçmaq məsum imamın təhqir olunması və alçaldılması deməkdir. İnsanlar cihaddan qaçmaqla imamı tək buraxırlar və düşmənin imama gülməsinə və "Bu idi sənin şiələrin?" deməsinə səbəb olur. Haqqı deməmək və qaçmaq indi də zəmanə İmamımızı təhqir hesab olunur. İslamin genişlənməsi haqqı deyənlərin həbsi ilə başlayır. Haqqı özünə ilah seçsən fironların dediyi olacaq.
"Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm»." (Şuəra, 29)
Ya ilahın haqq olmalıdır ya firon. Zindan təhdidi bugünə məxsus deyil. Bu məsələ ənbiya və övliyaların adətinə çevrilmişdir. Əgər həbslər bizi bu yollardan saxlayacaqsa niyə namazlarda hər gün nemət verilən şəxslərin yoluna hidayət olunmağı arzulayırıq? Nemət verilən şəxslərin yolu Musa və digər övliyaların yoludur. Həbslər onları qorxutdumu ki, onların davamçılarını da qorxutsun? Əgər qorxuruqsa demək ənbiya yolunda deyilik. Bəzilərinin vəzifəsi qorxutmaqdırsa, bizim vəzifəmiz də onlardan yox, Allahdan qorxmaqdır.
"O kəslər ki, Allahın risalətlərini və hökmlərini yerinə yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar
Allah özü hesablamaqda kifayət edir." (Əhzab, 39)
Comment