QR CodeQR Code

Xanım Zeynəb (s.ə) buyurdu: “Ey Şam əhli! Bizdən bu xarabada əmanət qalmışdır...”

12 Sep 2021 16:05

İslamtimes - Həzrət Ruqəyyə (s.ə) Aşura fəlakətinin böyük bir qurbanıdır. Ruqəyyə (s.ə) - İmam Hüseyn (ə) qiyamının haqlı olmasının və pak Peyğəmbər (s) itrətinin məzlumiyyətinin aşkar dəlili idi. (Tebyan)



Həzrət Ruqəyyənin (s.ə) atası İmam Hüseyn (ə) və anası isə Ümmi İshaqdır. O, İmam Həsənin (ə) həyat yoldaşı olmuş və çox fəzilətli, imanlı xanım idi. Qardaşının vəsiyyətinə görə şəhid olandan sonra İmam Hüseynlə (ə) ailə qurmuşdur.
 
İmam Hüseyn (ə) şəhid olan zaman bəzi hədislərə görə Ruqəyyə (s.ə) 3 yaşında, bəzilərinə görə 4 yaşında və bəzi hədislərə görə 5 yaşında idi.
Ruqəyyə adı “rəqi” sözündən götürülmüş və mənası tərəqqi etmək deməkdir. Bu ad ilk olaraq Peyğəmbərin (s) qızına qoyulmuşdur və ondan sonra Ruqəyyə (s.ə) gözəl adlardan biri kimi yayılmağa başladı.
 
Bəzi hədislərdə xanımın adı Ruqəyyədir (s.ə), lakin bəzi hədislərə istinad edən alimlər buyurur ki, xanımın adı çəkilməmişdir. Ayətullah Hacı Mirzə Haşimi Xorasani yazır: “Şam xarabasında vəfat edən o qız uşağının ola bilsin ki, adı Ruqəyyədir. Bu xarabalıqda olan məzar Ruqəyyə (s.ə) xanıma aid olan məzardır”.
 
Qanlı Aşura hadisəsindən sonra əsirlər karvanı Həzrətin (ə) mübarək başı ilə bir yerdə Kufəyə və sonra da Şama tərəf aparıldı. Əsirlər karvanı Şama daxil olan zaman onlara məlun Yezidin sarayının yanında olan xarabalıqda yer verdilər.
 
Mərhum Şeyx Abbas Qumi yazır: “Nübuvvət ailəsinin qadınları əsir olan zaman Kərbəlada şəhid olan ərlərinin halını qızlarından və oğullarından gizlədirdilər. Hər bir uşağa belə vədə verirdilər ki, atan filan səfərə getmişdir və qayıdacaqdır. Onları Yezidin (lən) sarayına gətirən zaman dörd yaşlı qız gecə yuxudan ayılıb dedi: “Mənim atam Hüseyn (ə) haradadır? İndi onu yuxuda gördüm, çox pərişan idi”. Qadınlar və uşaqlar ağlamağa və nalə çəkməyə başladılar. Yezid (lən) yatmışdı və yuxudan ayıldı. Macəranı soruşdu və dedilər ki, məsələ belədir. Yezid (lən) də əmr edir ki, gedin atasının başını gətirib qarşısına qoyun. Həzrətin (ə) mübarək başını gətirən zaman, qızcığaz soruşdu: “Bu nədir?”. Dedilər: “Bu, sənin atanın başıdır”. Qız qışqırdı və səksəndi. O, bir neçə gündə can verdi”.
 
Hüccətil-İslam Sədrələddin Qəzvini nəql edir: “Həzrət Ruqəyyə (s.ə) dodaqlarını atasının dodaqlarına qoyur. Həzrət (ə) buyurur: “Ey nur görmüş, gəl, gəl mənə tərəf. Mənim gözüm sənin yolundadır”. Bu zaman gördülər ki, Həzrət Ruqəyyə (s.ə) can verdi və dünyasını dəyişdi”.
 
Bəzi mənbələrə görə xanım vəfat edəndən sonra Yezid (lən) əmr etdi ki, qüsl taxtası ilə çırağı ora aparsınlar. Onu öz köhnə köynəyi ilə kəfənləsinlər. Qüsl verən qadın uşağın bədənini yuyan zaman anidən əlini çəkdi və dedi: “Bu əsirlərin böyüyü kimdir?”. Həzrət Zeynəb (s.ə) buyurdu: “Nə istəyirsən?”. Dedi: “Bu uşağın bədəni niyə göyərib? Hansısa xəstəliyi var idi?”. Xanım (s.ə) cavab verdi: “Ey qadın! O, xəstə deyildi. Bu göyərmiş yerlər düşmənin vurduğu qamçının izləridir”.
 
Əsirlər karvanı Mədinəyə qayıdan zaman Şam qadınları qara paltar geyinmiş onları yola salırdlar. Hər tərəfdən nalə və ağlamaq səsi gəlirdi. Bu zaman Xanım Zeynəb (s.ə) onlara xitab edərək buyurur: “Ey Şam əhli! Bizdən bu xarabada əmanət qalmışdır. Nə zaman qəbrinin yanına getsəniz, məzarının başına su səpin. Qəbrinin yanında çıraq yandırın”.
 


Story Code: 953473

News Link :
https://www.islamtimes.com/az/article/953473/xanım-zeynəb-s-ə-buyurdu-ey-şam-əhli-bizdən-bu-xarabada-əmanət-qalmışdır

Islam Times
  https://www.islamtimes.com