0
Tuesday 24 August 2021 - 11:54

ABŞ imperiyasının süqutu yaxınlaşır - Təhlil

Story Code : 950097
ABŞ imperiyasının süqutu yaxınlaşır - Təhlil
ABŞ-ın dünyanın hər bir yanında demokratiya adı altında apardığı "islahatlar", həyata keçirdiyi "inqilablar" və dəstəklədiyi diktatorlar bu ölkənin heç də göründüyü kimi olmadığını ortaya qoyur.
Lakin hər bir zülm və haqsızlığın sonu olduğu kimi, zalım və imperialistlər də yolun sonuna yaxınlaşır. ABŞ-ın dünyadakı nüfuzunu günü-gündən itirməsi, mövqelərdən geri çəkilməsi və verdiyi vədləri yerinə yetirə bilməməsi bu imperiyanın süqutunun heç də uzaqda olmamasından xəbər verir.
Nəzərə almaq lazımdır ki, dünyanın nüfuzlu politoloqları da ABŞ üçün həyəcan təbili çalmağa başlayıblar. Birləşmiş Ştatlar ordusunun Əfqanıstandan çıxarılması və dərhal sonra baş verən humanitar fəlakət Amerika imperiyasının süqutuna işarə kimi qiymətləndirilir. Çünki Əfqanıstanda baş verənlər Ağ Evin dünyadakı vəziyyəti başa düşmədiyini və ölkələrin idarəetməsini itirməsi mənasına gəlir. ABŞ-ın Yaxın Şərqi "yenidən qurmaq" cəhdləri regiona qətliamlar, kasıblıq, sürgün həyatı, terrorçuların yetişməsi və xaos gətirib.
Yaxın Şərqdə Amerikanın toxunduğu bütün ölkələr və ərazilərdə hazırda qarşıdurmalar hökm sürür. Əfqanıstan, İraq, Suriya və Liviyada milyonlarla insanın üzləşdiyi ağır sosial, siyasi və iqtisadi vəziyyət və silahların dayanmaması məhz Vaşinqtonun regiona verdiyi töhfənin nəticəsidir. Əfqanıstana hərbi müdaxilə ilə başlayan Yaxın Şərqdə ABŞ-ın varlığı son 20 ildə terroru və müxtəlif qruplaşmaları daha da inkişaf etdirib və nəticədə milyonlarla insan həyatını itirib və evlərindən didərdgin düşüb.
Beynəlxalq analitiklərin fikrincə, Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı böhran öncəsi səviyyədən aşağı düşə bilər. Buna səbəb pandemiya zamanı böyük şirkətlərin zərər görməsi və özünü bərpa etmək üçün cəhdlərinin uğursuz olmasıdır. "Moody’s Analytics"in qənaətincə, turizm problemlərinə görə Amerika iqtisadiyyatı əvvəlki gücünü bərpa edə bilməycək. Pandemiya səbəbiylə ABŞ-ın sənayesi 69 faiz geriləyib ki, bu da Vaşiqnton üçün ciddi itkidir.
Baza dərəcəsinin artması kreditlərin dəyərinin artmasına səbəb olacaq və dövlət borcuna xidmət xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bu səbəbdən ABŞ iqtisadiyyatı və dolların demək olar ki, çökəcəyi istisna deyil. Normal indeksə qayıtmaqda təkcə ümumi iqtisadi göstəricilər deyil, həm də xüsusilə pandemiyadan təsirlənən sənaye sahələri nəzərə alınır. Bu, hotel işi, hava səyahəti, eləcə də kiçik və orta biznesdir.
ABŞ-ın dünya ölkələrinə nümunə göstərdiyi azad seçki, insanların səs hüququndan istifadə etməsi sonuncu prezident seçkilərində kobud şəkildə pozuldu. Hər halda bunu ABŞ-ın eks prezidenti Donald Tramp dəlil və sübutlarla ortaya qoya biləcəyini bəyan etdi. Tramp çıxışı zaman seçkilərin ABŞ tarixində indiyə qədər görünməyən saxtakarlıq və qanun pozuntuları ilə baş tutduğunu əminliklə ictimaiyyətə açıqladı.
Göründüyü kimi, ABŞ-ın silahlı gücü, iqtisadiyyatı kimi, demokratiyası da tənəzzülə uğrayır. Amerikada prezident kürsüsünə xalqın istəyi ilə seçilən şəxs deyil, müəyyən qüvvələrin bu postda görmək istədiyi şəxsin gətirildiyi məlum olur. Bütün bu səbəblər deməyə əsas verir ki, ABŞ imperiyasının süqutu yaxınlaşmaq üzrədir.

Hüseyn Abdullah