0
Tuesday 29 December 2020 - 10:12

Ölməz şəhid Qasim Süleymani

Milyonlarla insanın qəlbini fəth etmiş ölməz şəhid Qasim Süleymani.
Story Code : 906818
Ölməz şəhid Qasim Süleymani
2020 ci il yanvar ayında bütün dünyanın aparıcı KİV-i general Qasim Süleymaninini ABŞ-ın dövlət səviyyəsində apardığı terror nəticəsində qətlə yetirilməsi barədə xəbərləri manşetlərə daşıdı. Milyonlarla müsəlman bu xəbəri ağır hüzn və kədərlə qarşıladı. Hətta qeyri- müsəlmanlar belə hadisəyə biganə qalmadı, öz kədərini ifadə etdi. Dunyanın məşhur ulduzları, siyasi -ictimai xadimləri bu böyük şəxsiyyətə hörmət və ehtiramlarını təşkil etdikləri anım mərasimlərində izhar etdilər. Milyonlarla insanın qəlbini fəth etmiş şəxsiyyət kim idi?

Missiyası umumbəşəri insanlığa xidmətə yönəlmiş bu insan haqda geniş danışıldıqda narahat olan qüvvələr də az deyil. Maraqlıdır, onun ölümünə sevinənlərin, mənfi fikirlər səsləndirənlərin qəlbində İmam Hüseyn(ə) Şəhadət məktəbinin həqiqi nümunəsinin xofu gizlənməyibmi? Axı sirr deyil ki, ömrünü ibadətə, pakliğa, zülmə qarşı mübarizəyə həsr edən imanlı insanın həyat fəaliyyəti uzaq keçmişi deyil, günümüzü əhatə edir və bu həqiqətlər hamının gözü önündə cərəyan edib.

Şəhidlik odur ki, insan özünün ən uca və ən sevimli dünya sərvətini bəşəriyyət üçün faydalı olduğunu düşündüyü amal uğrunda qurban versin. Bu, ən möhtəşəm insani dəyərlərin fövqündə gələn missiyadir. Bu, Allahın bütün peyğəmbərlərininin arzusu və ilahi amalıdır. Şəhidlik zirvəsinə ucalmaq bütün bəşəri idealların önündə gəlir və heç bir maddi ölçüyə sığmır. Bu təfəkkürü qəbul etmək həqiqət yolunun mübarizlərinə düşmən cəbhəsinin hesablamalarını puça çıxarmaq qüdrəti bağışlayan heyrətamiz amildir. Təcrübə göstərib ki, bu amil düşməni çıxılmaz vəziyyətə və aciz duruma salır.
Bəs bütün həyatını təkfirçilərlə mübarizədə dinindən və əqidəsindən asılı olmayaraq məzlum insanların harayına yetmiş bu insan kim idi?

Özü bu suala vaxtında gözəl cavab verib:"Ey mənfur düşmən, mən iranliyam. Bizi baş kəsməklərinlə qorxudursan? Biz döyüş üçün növbə gözləmirik. Madam ki, Qasim Suleymani mövcuddu."

Son 3 ildə bu şəxsiyyət cəmiyyətin ən tanınmış simalarlndan biri idi. Mübahisəli hərbi quruluşdan olan bir komandir və Orta Şərqdə bir necə hərbi təyinatlı şəxs kimi onun haqda coxlu hekayələr yayılmışdı. Döyüşcülər onu bir əfsanə hesab edirdilər. Düşmənləri isə onun simasında əcəllərini görürdü. Lakin hər iki tərəf istisnasız olaraq onu bir lider kimi qəbul edirdi. Bəs həyatda Qasim Süleymani kim idi? Nədən son illər adı bütün dünyada tanınmağa başladı? Niyə daim İraqda, livanda, Suriyada gedən bir çox hərbi və təhlükəsizlik əməliyyatları onunla əlaqələndirilirdi?
ABŞ və Qərb qəzetlərində yayımlanan xəbərlərdə , Qüds qüvvələri komandiri Qasim Süleymaninin İraqın Mosul şəhərinin süqutundan sonra İraqa səfər etdiyi deyilirdi. Bu səfər İraq tərəfdarları qrupları üçün vilayətlərdə və coğrafi bölgələrdə bir neçə əməliyyat rolunun paylanması ilə izlənildi. İŞİD silahlılarının və daha mütəşəkkil, zorakı və təcrübəli Nəqşbəndi Ordusu üzvlərinin geniş yayıldığı yerlərdə bas verənlər ilk öncə İraqın baş naziri Nuri əl-Malikinin regional oxunun hədəfdən cox uzaq duşdüyünün gostəricisi idi.

Ölkə Mosulun süqutu ilə cox böyük zərbə aldı. İranlı general silahı tərk edilmiş iraqlı müttəfiqləri ilə təcili tədbirlər görərək vəziyyətə müdaxilə etdi. Bu isə məşhur Saraya əl-Difanın (müdafiə qüvvələrinin) meydana gəlməsinə səbəb oldu və minlərlə konüllü döyüşçülərə hərəkata qoşulma fürsətini verdi. Bu, İŞİD-in irəliləməsinin qarşısını almaq məqsədilə ən mükəmməl təşkilatlanmış hərbi qüvvələrə çevrildi. Həmin dövrdə Süleymaninin iştirakı ilə bir çox əməliyyatlara komandirlik etmək və bir neçə iraq bölgəsinin azad edilməsi ilə bağlı xəbərlər səngimək bilmirdi. ABŞ güclü iranlı generalın hərbi taktikalarını yaxından izləyirdi. Qasim Süleymani “Qüds qüvvələri” komandiri kimi getdikcə yenilməz şəxsiyyətə çevrilirdi. O, İslami İnqilab Mühafizəçiləri Ordusunun əsas formalaşdıranlardan biri kimi ilk növbədə, xarici əməliyyatlar üçün cavabdehliyi öz üzərinə götürdü.

Niyə məhz iraq, Livan, Əfqanıstan, Fələstin və Suriya bu məsuliyyətin əsasını təşkil edirdi? 2008-ci ildə İraqda ABŞ Hərbi Qüvvələrinin komandiri vəzifəsində çalişmiş General Devid bu haqda cıxışında bütün məsələlərə aydınlıq gətirdi.

Süleymani Kerman əyalətinin Rabor kəndində dünyaya göz açmışdı. Dini Qum şəhəri onun siyasi və ictimai biliklərinin və şüurunun formalaşmasına böyük təsir göstərib. Göz açdığı dağ kəndi qəbilə qanunları və quruluşunu özündə cəmləşdirirdi. Onun yeniyetməlik və gənclik illəri İran Islam İnqilabı hərəkatı və Iran-Iraq müharibəsinin partizan dəstələri arasında keçdi. Onun bu fəaliyyəti sonda 1997-ci ildə “Quds Qüvvələri” rəhbərliyinə gətirib çıxardı. Bu elə bir dövr idi ki, Əfqanıstanda Taliban hərəkatı geniş fəaliyyətdə idi. Əfqanıstanla həmsərhəd olan Kerman vilayəti davamlı olaraq narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçiliqla bağlı xüsusi diqqət mərkəzində idi. İraqla müharibə zamanı döyüşlərdə hərbi təcrübəsini “Sarallah” diviziyasında rəhbərlik etdiyi zamanlarda mükəmməlləşdirir. Müharibə müddətində bir neçə böyük əməliyyatlar onun adi ilə əlaqələndirilir. Süleymani deyirdİ:” Müharibə bitəndə cəsur mücahidlər üzgün halda “biz itirdik,Şəhidlər qazandı......” deyə əllərini aşağı saldılar."
Kerman əyalətinin təhlükəsizliyini qoruyan ən yaxın dostları bildirirdi ki, Süleymani üç il ərzində bölgədəki dövlət hakimiyyətini tətbiq etməyə müvəffəq oldu. Bu isə çox mühüm məsələ idi. Cünki həmin bölgə o vaxtadək "İranın cəhənnəmi " adlanırdı.

Əfqanıstandakı döyüş təcrübəsi Süleymaninin hərbi mütəxəssis kimi formalaşmasında dönüş nöqtəsi oldu. Cünki Əfqanıstandakı mürəkkəb vəziyyətlə tanış olanlar çətinliklərin miqyasını dərk edirlər. O dövrdə iki yüz iranlı döyüşçü ölkənin sərhədlərini qoruyurdu. Lakin onlar bircə güllə belə atmalı deyildilər. Daha sonra Suleymani cox mükəmməl hərbi əməliyyatları ilə hər kəsi təəccübləndirdi. O, “Əfqanıstanın Qurtuluşu üçün birləşmiş İslam cəbhəsi" nı dəstəkləməklə, hərbi əməliyyatlara əmr verir. Bu cəbhə həmçinin, Əfqan Şimal İttifaqı adı ilə də məşhur idi. Cəbhədə Burhanuddin Rəbbani və Abdul Raşid Dostum kimi liderlər və bir çox əfqan fraksiyaları da fəaliyyət göstərirdi.

Suriya böhranının başlanğıcında Süleymaninin iranlı gənclərə böyük stimul verən çıxışları , qeyri-rəsmi İran xəbərləri içərisində geniş yayılırdı. Qeyd edək ki, İraq hadisələri Süleymaninin keçmiş hərbi təcrübələrinə görə yaxşi tanınan döyüş bölgəsini təşkil edir. Bu isə amerikalılara görə 30 il iranlıların böyük hərbi rol oynadığı döyüş bölgəsidir. Həqiqətən, Süleymaninin bu ərazilərdə rolu möhtəşəm idi. O Əmirli və Jurt əl-Saxarın strateji bölgələrini azad etmək uğrunda gedən döyüşlərdə və Iraqda hakimiyyətin yenidən möhkəmlənməsində cox mühüm rol oynadı.
Ötən ilin iyun ayının ilk həftəsindən Iran Inqilab Keşikçiləri Ordusunun bölgədə olması barədə xəbərlər yayıldı. Mosulun işğalından sonra isə bu xəbərlər məqbul görünürdü.

ABŞ-ın onlarla mettəfiqi ilə birgə yaratdığı anti İŞİD əməliyyatları bu qorxunc qüvvələri zəbt edə bilmədiyi halda bir İran generalının öz silahdaşları ilə başkəsən terrorçu qüvvələri darmadağın etməsi və onları İraq və Suriyadan qovub çıxarmısı əfsanə deyil. reallıq idi.
Şəhid Süleymani elə bir fenomen şəxsiyyət idi ki, onun mübarizəsi bütün İslam ümmətinə yönəlmiş əllərin kəsilib atilması demək idi.
Source : http://millitv.az
Comment