🔸 Təbii ki, biz bütün formalarda müdafiəyə hazır olmalıyıq. Hər halda dünya imperializmi artıq hərbi yolu prioritet yol saymır. Bu gün prioritet ideoloji müharibə, qeyri-fiziki savaşdır.
İdeoloji müharibənin silahlı müharibədən təhlükəsi çox deyilsə, az da deyil. İdeoloji müharibə zamanı da silahlı müharibədəkindən az ehtiyat lazım gəlmir. Silahlı müharibədə düşmən ölkənin sərhədlərinə üz tutur. Sərhəd qərargahlarını aradan götürməklə ölkə ərazisinə nüfuz etmək istəyirlər. İdeoloji müharibədə isə düşmən mənəvi səngərlərə üz tutur, mənəvi qərargahları dağıdır. Bir ölkə, bir xalqın etiqadları, əzm və iradəsi, prinsipləri hədəfə alınır. Düşmən, etiqadları hədəfə alır ki, təbliğatda güclü nöqtələri zəiflətsin. Bu yolla bir ölkənin fürsətlərini təhlükəyə
çevirməyə çalışırlar.