QR CodeQR Code

İrəvan və Bakının İsrailin diplomatik rəftarında yeri

@israiliyirmiqirx , 14 Apr 2020 01:16

Islamtimes - Tali Ermənistanla yanaşı, İsrail-Ukrayna Parlamentlərarası Dostluq Assosiasiyasına da rəhbərlik edir, lakin Talinin Knessetdəki siyasi davranışında onun erməni icmasına meylləri daha çox nəzərə çarpır.


Bu baxımdan Təl-Əviv heç bir diplomatiya qaydasına və etikasına riayət etmir və İsrail bu davranışı ilə, təkcə Azərbaycan hökumətini deyil, həm də Azərbaycan xalqını təhqir edir və təbii ki, ermənilər də onların bu davranışlarından istisna deyillər.
İsrailin Qafqaz məsələləri üzrə eksperti Miqdad Həsəni bu barədə öz araşdırmasında yazır:

Xanım Tali Ploskov İsrail-Ermənistan Parlamentlərarası Dostluq qrupunun sədri, habelə 23-cü sionist Knessetin Likud Partiyasından olan nüfuzlu üzvüdür.
Xanım Tali İsraildə erməni soyqırımının tanınmasını təmin edən aparıcı simalarından biridir və şübhəsiz ki, 23-cü Knessetdə erməni soyqırımını tanımaq üçün təklif olunan planın rəhbərləri və aparıcı simaları arasında olacaqdır.
Xanım Tali, dəfələrlə Ermənistana səfərlər etmiş və dəfələrlə erməni soyqırımı abidəsinə baş çəkmiş və abidəyə ehtiram əlaməti olaraq təzim etmişdir. Bundan əlavə, İsrail və Ermənistan arasında siyasi, iqtisadi və hətta təhlükəsizlik əlaqələrinin genişlənməsində əsas rol oynamışdır.
Tali Ploskov 2016-cı il  aprel döyüşlərinin  (Ermənistan və Azərbaycan arasında) ikinci günündə İrəvana səfər etdi və o zaman Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan onlara hərbi əməliyyatlar və Dağlıq Qarabağdakı vəziyyət barədə hesabatlar təqdim etdi. Tali isə cavab olaraq bildirdi: "Artıq Erməni-yəhudi dostluq münasibətləri qurulmuşdur və İsrail parlament qrupu da, bu dostluq münasibətlərini gücləndirmək üçün daha çox addım atmaq niyyətindədir"
Tali Ermənistanla yanaşı, İsrail-Ukrayna Parlamentlərarası Dostluq Assosiasiyasına da rəhbərlik edir, lakin Talinin Knessetdəki siyasi davranışında onun erməni icmasına meylləri daha çox nəzərə çarpır.
Onun Ukrayna Assosiasiyasına olan yanaşması, yalnız bürokratiya şəklində olsa da, əsas diqqətini demək olar ki, Ermənistan Assosiasiyasına yönəltməkdədir.
Bütün bu məsələləri bəyan etməkdə, eləcə də, xanım Tali Ploskovu tanıtdırmaqda məqsəd, mühüm bir məsələ barəsində oxuculara lazımi məlumatları bildirmək idi. Həmin məsələ budur:
Həm Azərbaycan, həm də Ermənistanla diplomatik münasibətləri olan ölkələr və bu iki ölkə ilə bağlı fəaliyyət göstərən qurumlar, diplomatiyanın qaydalarına və etikasına əməl edirlər və zahirdə belə olsa da, öz aralarında müəyyən məhdudiyyətlər qoyurlar. Yəni ki, əgər bir şəxsin bir qurum və ya təşkilar tərəfindən Ermənistanla əlaqəsi varsa və ermənilərlə təmasdadırsa, həmin şəxs artıq Azərbaycan qurumları və təşkilatları ilə heç bir görüş keçirmir.
Ancaq, xanım Tali İsrail və Azərbaycan arası məsələlərə həsr olunmuş iclasların əksəriyyətində iştirak edən şəxslərdən biridir.
Mühüm olan məsələ, Azərbaycanın siyasətçilərinin və işğal olunmuş Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edənlərin, Ermənistana rəğbət bəsləyən və fikirləri daha çox ermənilərə bağlı olan bir adamla eyni masada oturmalarıdır və daha da pisi, bu şəxs yəni Tali, bu kimi məclislərdə Azərbaycanla bağlı məsələlərdə fikir irəli sürə bilir. Ola bilsin ki, bu məsələ bəziləri üçün mənasız və əhəmiyyətsiz görünə bilər, ancaq, bu məsələ bir siyasətçinin öz ölkəsinə, yəni Azərbaycana olan milli təəssübkeşliyini və milli qeyrətini sınamaq üçün bir vasitədir və maraqlıdır ki, azəri siyasətçilər özlərinə “Xanım Talinin burada olması və ona etimad etmək ola bilsin ki, ölkəmizin maraqlarına zidd olmuş olsun və ya hər bir halda bu xanım, düşmənlərimizə və ölkəmizin ərazilərini işğal edənlərə ən yaxın olan insanlardan biridir” deyə sual vermirlər.
Misal üçün, Qarabağın geri qaytarılmasını dəfələrlə iddia edən azərbaycanlı millət vəkili Fuad Muradov və sionist lider Əziz Levi Spivak, Təl-Əvivdə İsrail rəsmiləri ilə görüş keçirdilər, orada xanım Tali, Fuad Muradovla görüşərək, söhbət edir və bu görüşü özü üçün bir  fəxr hesab edir. Bundan əlavə, İsraildə Azərbaycan xalqının xeyrinə qurulan QHT-lər, həmçinin özlərini Qarabağ döyüşçüsü adlandıran Barux Liviyov və Elxan Razil  kimi şəxslər, xanım Talini qərar və məsləhət vermək üçün öz iclaslarına  dəvət edirlər.
Buradan belə nəticə çıxarmaq olar: İsraildə yaşayan azərbaycanlı siyasətçilər və Azərbaycan rəsmiləri Ermənistana düşmən və işğalçı  gözü ilə baxmırlar və demək olar ki, Dağlıq Qarabağa qarşı təəssübkeş deyillər və burada məntiq belə hökm edir ki, onlar, əli erməni əlində olan bir şəxslə eyni masada oturmamalıdırlar və ya ən azından, Dağlıq Qarabağın işğalına etiraz etməlidirlər. Təl-Əviv bu məsələdə diplomatiyanın etikasına və qaydalarına qətiyyən riayət etmir və bu davranışı ilə, təkcə Azərbaycan hökumətini deyil, həm də Azərbaycan xalqını təhqir edir. Əlbətdə ki, onların bu davranışlarından ermənilər də istisna deyil və İsrail rejimi Ermənistanla Azərbaycan arasındakı olan münaqişəni əhəmiyyətsiz göstərmək və adiləşdirmək istəyir. Bir sözlə, İsrail rejimi Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfiylə də, olduqca fəal şəkildə əlaqələr qurur. Ermənilər hər bir halda, xanım Talinin Ermənistanın maraqlarına səmimi şəkildə xidmət etdiyini düşünməməlidirlər, çünki bu şəxs Arad şəhərinin meri olduğu zamanlarda, ilin bir gününü azərilərin günü kimi təyin etmişdi  və Azərbaycan mədəniyyətini tanıtmaq üçün mərasimlər keçirirdi, eyni zamanda, özünün azərilərə  bağlı olduğunu bildirirdi. Bir sözlə o, İsrailin maraqları və şəxsi mənafeləri üçün çalışır və adətən də, heç bir sionist başqa bir millətə ürək yandırmaz və zahirdə görünən hər bir şey isə, sadəcə ikiüzlülük və aldatmadır. Sonda deyə bilərik ki, xanım Tali İsrailin Cənubi Qafqaz strategiyasında çox mühüm bir rolu ifa etməkdədir.
 


Story Code: 856525

News Link :
https://www.islamtimes.com/az/article/856525/irəvan-və-bakının-israilin-diplomatik-rəftarında-yeri

Islam Times
  https://www.islamtimes.com