Bu tələbələr yəhudi olmamışdan əvvəl bir azərbaycanlıdırlar
@israiliyirmiqirx , 8 Apr 2020 22:54
İslamtimes - İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi Xaim Fixman, bu təşkilatın keyfiyyətini artırmaq və tələbələrdə daha çox istək yaratmağa çalışır.
“Hillel” Yəhudi Tələbələrinin Mədəniyyət Mərkəzi, dünyadakı yəhudi tələbələr üçün nəzərdə tutulmuş ən böyük təşkilatdır və məqsədi, yəhudi irsinə bağlı olan və bununla qürur duyan, habelə, yəhudi adət-ənənələrə riayət edən və dini elmələrə marağı daha çox olan təhsilli yeni nəsil yəhudi gənclərinə təlim verməkdir.
Təşkilatın mədəni fəaliyyətlərinin əsas strukturu bunlardır: Yəhudi tarixi və adət-ənənələrini qeyri-rəsmi şəkildə araşdırmaq, İsrail ilə tanışlıq və təşkilatın mədəni proqramlarında iştirak etmək.
Təşkilatın bütün dünyada filialları var və onlardan bəziləri Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycan kimi keçmiş Sovet İttifaqına daxil olan ölkələdə fəaliyyət göstərir.
Təşkilatın fəaliyyəti dünyanın digər bölgələri ilə müqayisədə keçmiş Sovet İttifaqı ölkələrində nisbətən azdır. Həmçinin, bu ölkələr arasında da, “Hillel” in Azərbaycanda olan filialının fəaliyyət səviyyəsi daha aşağıdır və azərbaycanlı tələbələr bu mərkəzin strukturuna və proqramlarına çox az əhəmiyyət verirlər və Hiller mədəni təştilatına əyləncə və əyyaşlıq gözüylə baxırlar.
İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi Xaim Fixman, bu təşkilatın keyfiyyətini artırmaq və tələbələrdə daha çox istək yaratmağa çalışır.
Bu təşkilatı araşdırıb təhlil etdikdə, bu nəticəni əldə edirik: Təşkilatın zahiri şüarı yəhudi irsinə bağlılıq olsa da, onun əsas və gizli olan məqsədi, müxtəlif ölkələrdə təhsil alan təhsilli yəhudi tələbələri sionizmin hədəfləri və ideallarına bağlamaqdır. Bunun nəticəsində isə, bu şəxslər, gələcəkdə İsrailə xidmət edəcək çox təsirli amillərə çevriləcəkdirlər.
Bu təşkilat qeyri-dini fəaliyyət göstərdiyindən və hətta yəhudi olmayanların da, bu təşkilatdan faydalana bildiklərindən dolayı, təşkilatın bu fəaliyyəti şəriət qanunlarına bağlı olan hər bir yəhudi təşkilatının ideya və hədəflərinə ziddir.
Azərbaycanda yəhudi tələbələrinin bu təşkilatda olan fəaliyyətləri digər məntəqələrə nisbətən daha zəifdirsə və hətta, bu təşkilata əyləncə gözüylə baxırlarsa və həmçinin, bu təşkilatın prinsip və standartlarına yetərincə ciddi yanaşmırlarsa, bu, həmin tələbələrin tənbəlliklərinə görə deyil. Bu, onların bəzilərinin yəhudilik qədər çox öz azərbaycanlı kimliklərinə də üstünlük verdiklərinə görədir. Onların bir qismi yəhudi olmamışdan əvvəl, bir azərbaycanlıdırlar və bu səbəbdən də, təşkilatın hədəflərinə çox əhəmiyyət vermirlər.
Story Code: 855495