QR CodeQR Code

Türkiyə ilə İsrail arasında dəniz qarşıdurmasının olacağı proqnozlaşdırılır

@israiliyirmiqirx , 6 Apr 2020 01:52

İslamtimes - İsraildən Kiprə və oradan da Avropaya çəkilən qaz boru kəməri İsrail üçün diplomatik bir uğur olsa da, bu layihə üçlük arasındakı böhranı daha da artırmaqdadır.


Təl-Əviv Universitetinin siyasi və strateji sahədə mütəxəssisi və professoru olan, doktor Joshua Krasna bir məqalədə belə deyir: İsraildən Kiprə və oradan da Avropaya çəkilən qaz boru kəməri İsrail üçün diplomatik bir uğur olsa da, bu layihə üçlük arasındakı böhranı daha da artırmaqdadır.
Bu layihə, boru kəməri ilə əlaqəli ölkələr arasında təhlükəsizlik və hərbi sahədə qarşılıqlı əməkdaşlığın artmasına səbəb oldu. Ancaq, bu məsələ Türkiyə üçün bir maneə rolunu oynaya bilər.
Kresna hesab edir ki, Türkiyənin Osmanlı İmperiyasını dirçəltmək üçün ən ümdə ehtiyaclarından biri də, Aralıq dənizində öz dəniz qüvvələrini gücləndirməkdir.Necə ki, Türkiyənin yaxın üç ildə öz dəniz qüvvələrinin arsenalına 20 gəmi artırmaq planı da, bu məsələdən xəbər verir.
Eləcə də, Türkiyənin Liviya ilə su sərhədlərini müəyyənləşdirmək xüsusunda olan əməkdaşlığı da, bu gərginliyi daha da artırır və tezliklə, İsrail və Türkiyənin öz dəniz qüvvələrini, sahib olduqları gücü nümayiş etdirmək məqsədiylə burada yerləşdirəcəkləri də istisna deyildir.
Doktor Joshua Krasnanın açıqlamalarını təhlil edərək deyə bilərik ki, bu  material təbliğat xarakteri daşıyır və bir növ, İsrailin Avropaya qaz boru kəmərinin əhəmiyyətini şişirtmək məqsədini güdür, çünki Türkiyə, bu yaxınlarda İsrail ilə qaz üzərində danışıqlar aparmağı təklif etmişdi və bu isə, Türkiyənin İsrailə qarşı yumşalmasının göstəricisidir.
 


Story Code: 854908

News Link :
https://www.islamtimes.com/az/article/854908/türkiyə-ilə-israil-arasında-dəniz-qarşıdurmasının-olacağı-proqnozlaşdırılır

Islam Times
  https://www.islamtimes.com