QR CodeQR Code

Beynəlxalq Fələstin Müqaviməti İclasının məqalə elanı (dəvətnamə)

İslamtimes , 10 Nov 2019 14:08

Islamtimes - Dünya İslam Oyanışı Assambleyası Müqavimət düşüncəsini yaymaq məqsədi ilə 2020-ci il, 29-31 yanvar (şəmsi 1398-ci il, 9-11 bəhmən) günlərində Beynəlxalq Fələstin Müqaviməti İclasını keçirməyi planlaşdırır.


Rəhman və Rəhim Allahın adı ilə

Dünya İslam Oyanışı Assambleyası  Müqavimət düşüncəsini yaymaq məqsədi ilə 2020-ci il, 29-31 yanvar (şəmsi 1398-ci il, 9-11 bəhmən) günlərində Beynəlxalq Fələstin Müqaviməti İclasını keçirməyi planlaşdırır. Buna görə də mütəxəssislər, araşdırmaçılar, alimlər, məlumatlı insanlar dəvət olunur ki, öz məqalələrini göndərməklə bu iclasın elmi səviyyəsini yüksəltməyə şərik olsunlar.
Əsas istiqamət və mövzular:
Birinci istiqamət: Fələstin Müqavimətinin nəzəri, mənəvi, düşüncə əsasları
Mövzular:
1.Fələstin Müqavimətinin (Quranda, rəvayətlərdə, fiqhdə) əsaslarının müəyyənləşdirilib araşadırılması;
2.İmam Xomeyni (r) və Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin siyasi və fiqhi düşüncələri;
Fələstin Müqavimətinin gücləndirilib yayılmasında Ayətullah Xamenei, Şəhid Mütəhhəri, Məhəmməd Baqir Sədr, İzzəddin Qəssam, Şeyx Əhməd Yasinin və s. rolu…
3.Fələstin Müqaviməti nəzəriyyəsinin mahiyyəti, zərurəti və necəliyi;
4.Fələstin doktrinasının prinsipləri, əsasları;
5.Fələstin Müqavimətinin mahiyyətinin və taktiki yönlərinin aydınlaşdırılması;
6.Azadlıq hərəkatlarının ərsəyə gəlməsində müqavimət nəzəriyyəsində baş vermiş dəyişikliklər, müxtəlifliklər, eniş-yoxuşların nəzərdən keçirilməsi;
7.Beynəlxalq nizamda siyasi düşüncələr arasında Fələstin Müqavimətinin rolu və yeri;
8.Fələstin Müqavimətinin səciyyələri, spesifik xüsusiyyətləri;
9.Fələstin Müqavimət nəzəriyyəsinin başqa nəzəriyyələrlə tətbiqi müqayisəsi;
İkinci istiqamət: İslam İnqilabı, İslam Oyanışı, Fələstin amalı
Mövzular:
1.İslam İnqilabının Fələstin xalqının oyanışına təsiri, müqavimət yolunun seçilməsi;
2.1958, 1968, 1973-cü illərdə müharibələrdən sonra ərəblərlə İsrail arasında əlaqələrə, anlaşmalara hakim hadisələrin şərhi;
3.Daş intifazəsindən raket intifazəsinə keçiddə müqavimət düşüncəsinin rolu;
4.33, 22, 51, 8 və 2 günlük müharibələrin İsrailin süqutuna təsiri və nəticələri;
5.İslam İnqilabı düşüncəsi və Yeni Orta Şərq strategiyasının, ibri-ərəb-qərb  vasitəli  müharibələr və NATO müharibəsinin məğlubiyyəti;
6.Güc balansının regionda Müqavimət Cəbhəsinin xeyirinə dəyişməsində İslam Oyanışının strateji təsirləri;
7.Fələstin hərəkatının Üçüncü İslam Oyanışı dalğasının  yaranmasına təsirli tərəflərinin araşdırılması;
8.Fələstin mövzusunun İslam dünyasının birinci problemi kimi, Fələstinin İslam ümmətinin vəhdət simvolu kimi tanıtdırılması zərurəti;
9.Beytül-Müqəddəs Fələstinin həmişəlik paytaxtıdır;
Üçüncü istiqamət: Qarşıda dayanan bacarıqlar, imkanlar, fürsətlər, təlaşlar, maneələr və təhlükələr:
1.Fələstin xalqının müdafiəsi üçün azadlıqsevər və ədalətsevər insanların cəbhəsinin yaradılması;
2.Region və Fələstinin sionist rejim və dünya imperializmi tərəfindən geosiyasi dəyişməsinin qarşısını necə almaq?
3.Müqavimətin nailiyyətləri ilə müqayisədə saziş prosesinin nəticələrinin aydınlaşdırılması;
4.Əsrin Müqaviləsi adlı fitnəkar layihənin aradan qaldırlmasında müqavimət prosesinin formalaşması;
5.Qəzzə əsrin böyük həbsxanasıdır. Qəzzənin mühasirəsini yarmaq üçün yollaraxtarılması;
6.İrticaçı ərəblərin sionist rejimlə rabitələrinin toxunulmazlığının ləğvi;
7.Sionist rejimin müdafiəsində qərb mətbuatının hakim rolunun araşdırılması;
8.Fələstinin müdafiəsində İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası,  Tərəfsiz Dövlətlər Hərəkatının yararsızlıq səbəblərinin araşdırılması;
9.BMT, Fələstin problemi, legitimlik böhranı;
10.Təkfirçi qruplar sionist rejimin əlində Fələstin Müqavimətini hədəfdən yayındırmaq üçün vasitədir;
11.Fələstin probleminə münasibətdə güc balansını dəyişməkdə sionist lobbinin rolu
Dördüncü istiqamət: Fələstinin müdafiəsində rəhbərlər, alimlər, yaradıcı insanlar, mütəfəkkirlər, qruplar, İslam təşkilatları, dünyanın ədalətsevər insanlarının yerinin şərhi
Mövzular:
1.Fələstinin azad olunmasında İmam Xomeyninin (r), Ayətullah Xameneinin, digər rəhbərlər və alimlərin  planları və işləri;
2.Əsrin Müqaviləsi layihəsinin aşkar və gizli məqsədlərinin puça çıxarılmasında İslam dünyasının rəhbərləri və alimlərinin missiyası, bu layihəyə qarşı mübarizə yolları;
3.Sionist rejimin, dünya imperializminin və ərəb irticasının Fələstin xalqının hüquqlarının pozulmasına yönələn  planlarının ifşa olunmasında İslam dünyası rəhbərləri və alimlərinin rolu;
4.Fələstin Müqavimətinin davamında İslam dünyasının alim və mütəfəkkirlərinin rol oynaması zərurəti;
5.Məzlum Fələstin xalqının hərəkatını səhnədə saxlamaqda İslam partiyaları, qrupları,cəmiyyətlərinin rolu;
6.Birinci və sonrakı intifazələrin formalaşmasında Fələstin Müqavimət qruplarının rolu;
7.Daş intifazəsindən raket intifazəsinə qədər inkişafda fələstinli müqavimət qrupları və Livan Hizbullahının rolunun şərhi;
8.Fələstin məsələsinə dəstəkdə azadlıq və ədalətsevər xalqlar və dövlətlərin rolu;
9.Fələstin ideallarının müdafiəsi üçün beynəlxalq toplum, İslam dünyasnın rəhbərləri, alimləri, mütəfəkkirləri arasında  vəhdət yaratmağın yolları;
10.Məzlum Fələstin xalqının müdafiəsi üçün İslam dünyası iqtidar qütbünün yaradılması
Beşinci istiqamət: Müqavimət düşüncəsi; yanaşmalar, strategilyalar, çıxış yolları, perspektivlər
Mövzular:
1.2040-cə ildə İordaniya çayından Aralıq dənizinədək (çaydan dənizə qədər) Fələstin;
2.Müqavimət Fələstin xalqının qələbəsi üçün ən üstün və yeganə yoldur;
3.Hərtərəfli müqavimət Fələstin xalqının qələbə yoludur;
4.Sionist rejimsiz region;
5.Fələstin amalının müdafiəsi üçün regional müqavimət bloku yaratmaq;
6.Güc balansını dəyişmək üçün Fələstin Müqavimət Hərəkatının hərtərəfli müdafiəsi;
7.Müqavimət düşüncəsinin genişləndirilməsi,onun beynəlxalq və regional cərəyana çevrilməsi;
8.Beynəlxalq təşkilatlarda Fələstin məsələsində İslam ölkələrinin birliyinin zəruriliyi;
9.Müsəlmanların, dünyanın azadlıq və ədalətsevər insanlarının imkan və bacarıqlarından bəhrələnmək;
10.Fələstin xalqının istiqlalı və özünütəminatı üçün ictimai resurslar, ictimai təşkilatların gücləndirilməsi və artırılması;
11.Fələstin xalqının müdafiə qabiliyyətinin gücləndirilməsi, bu prosesin Qərb Sahilində genişləndirilməsi;
12.Fələstin xalqının müdafiəsində yeni  mədəniyyət və media texnologiyalarından bəhrələnməklə dünya xalqlarının ictimai fikrinin səfərbər olunması;
13.Qəsbkarlar və işağlçı sionistlərin zülmünə qarşı Fələstin xalqını necə müdafiə etmək?
 
 
 
Yazılacaq məqalənin şərtləri:
Araşdırmaçılar öz məqaləsini fars, ərəb, ingilis dillərindən birində, aşağıdakı şərtlərə riayət etməklə yazıb göndərə bilər.
1.Məqalə elanda göstərilmiş istiqamətlərdən birində hazırlanmalıdır.
2.Məqalə elmi tərtib edilməli, başlıq, xülasə, nəticə və həll yolu göstərilməlidir.
3.Word 2007 versiyasında yazılmış məqalə 6000-9500 sözə malik olmalıdır.
4.Müəlliflər özü barədə kamil məlumat verməlidir: məqalə yerləşdirilən qovluqda (faylda) ad, soyadı, anadan olduğu tarix, təhsil, əlaqə üçün telefon nömrəsi, elektron ünvan göstərilməlidir.
Məqaləni göndərmək yolu:
1.Məqlalər yalnız aşağıdakı sayta göndərilə bilər
Info@islamic-awakening.ir
www. islamic-awakening.ir
Məqalələrin qəbul müddəti:
Məqalələr 10 yanvar 2020-ci il (şəmsi 20 dey, 1398-ci il, qəməri 14 cəmadiuləvvəl, 1441-ci il)  tarixinə qədər qəbul olunur.
Həvəsləndirici tədbirlər:
-ən yaxşı məqalə müəllifinin xüsusi qonaq kimi tədbirə dəvət olunması;
-ən yaxşı məqalə müəllifinin xüsusi komissiya və səhnədə məqaləsini təqdim etmək üçün dəvət edilməsi;
-İclasın seçilmiş məqalələr məcmuəsində ən yaxşı məqalələrin çapı;
-ən yaxşı məqalə müəlliflərinin mükafatlandırılması, onların elmi, dini, turist yönlü gəzintilərə qatılması
 


Story Code: 826631

News Link :
https://www.islamtimes.com/az/article/826631/beynəlxalq-fələstin-müqaviməti-iclasının-məqalə-elanı-dəvətnamə

Islam Times
  https://www.islamtimes.com